Icma.az
close
up
RU
İğdır Naxçıvan qaz kəməri region üçün strateji əhəmiyyət daşıyır ŞƏRH KONKRET

İğdır Naxçıvan qaz kəməri region üçün strateji əhəmiyyət daşıyır ŞƏRH KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təməli 2023-cü il sentyabrın 25-də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan İğdır–Naxçıvan qaz kəməri rəsmi mərasimlə həyata vəsiqə qazanıb. Bu layihənin həyata keçirilməsi region üçün strateji əhəmiyyət daşıyır.

KONKRET.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Aqil Məmmədov söyləyib.

Onun fikrincə İğdır–Naxçıvan qaz kəməri, ilk növbədə, Naxçıvanın enerji təminatını yaxşılaşdıraraq qaz təchizatının dayanıqlılığını artıracaq. Əvvəllər İran vasitəsilə həyata keçirilən qaz tədarükü Naxçıvanın enerji təhlükəsizliyini müəyyən risklərlə üz-üzə qoyurdu. Yeni kəmər bu riskləri minimuma endirərək Azərbaycanın öz resursları vasitəsilə muxtar respublikanı birbaşa təbii qazla təmin etməsinə şərait yaradacaq.

“İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr olan boru kəmərinin 17,5 kilometri Azərbaycanın, 80 kilometri isə Türkiyənin ərazisindən keçir. Kəmər gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək gücünə malikdir ki, bu da Naxçıvanın qaz tələbatını tam şəkildə ödəyir. Bununla da muxtar respublikanın yalnız bir mənbədən asılılığı aradan qalxacaq, enerji tədarükü şaxələnəcək və enerji təhlükəsizliyi daha da möhkəmlənəcək.

Bu addım, eyni zamanda, Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığını daha da gücləndirir. İran üçün isə bu kəmərin istifadəyə verilməsi iqtisadi və siyasi təsir alətlərindən birinin zəifləməsi deməkdir. İndiyə qədər İran Naxçıvanın qaz təminatında mühüm rol oynayırdı və bu mövqedən istifadə edərək Azərbaycanla münasibətlərdə təzyiq vasitəsi kimi çıxış etməyə səy göstərirdi. Lakin yeni kəmərin işə düşməsi ilə İranın bu təsir imkanları əhəmiyyətli dərəcədə azalacaq”, – deyə politoloq vurğulayıb.

Ermənistanın növbəti dəfə mühüm bir regional layihədən kənarda qaldığını deyən Aqil Məmmədov əlavə edib: “Regionun nəqliyyat və enerji şəbəkələrinə inteqrasiya əvəzinə destruktiv siyasət yürüdən bu ölkə dalana dirənib. Halbuki konstruktiv yanaşma nümayiş etdirməklə Cənubi Qafqazda əməkdaşlıq imkanlarından faydalana bilərdi. Lakin Azərbaycan və Türkiyənin iştirakı ilə reallaşan bu və digər irimiqyaslı layihələr Ermənistanın regional iqtisadi və enerji əməkdaşlığından daha da təcrid olunmasına gətirib çıxarır.

Nəticə etibarilə, İğdır–Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini gücləndirən, Azərbaycanın enerji strategiyasını möhkəmləndirən və regionda geosiyasi dinamikanı dəyişən mühüm bir layihədir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Mart 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri