Naxçıvan şəhər məktəblərində maarifləndirici görüşlər keçirilib FOTOLAR
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Liderin İzi, Millətin Qüruru” layihəsi çərçivəsində Naxçıvan şəhərində yerləşən ümumtəhsil müəssisələrində maarifləndirici görüşlər təşkil olunub.
"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə, H. Cavid adına 5 nömrəli, A.Cəlilov adına 12 nömrəli və Ə. Ağayev adına 8 nömrəli tam orta məktəblərdə təlimlər keçirilib.
Tədbirlərdə 8–11-ci sinif şagirdləri iştirak edib, Prezident İlham Əliyevin liderlik fəaliyyəti, dövlətçilik siyasəti və Vətən müharibəsində əldə olunan tarixi Zəfər barədə məlumat verilib. Görüşlər interaktiv formatda təşkil olunub, şagirdlərin sualları cavablandırılıb.
Qeyd edək ki, layihə Naxçıvan Müəllimlər İnstitutunun, eləcə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 26 Yanvar 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















