Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

YAP Gəncə şəhər təşkilatında tədbir keçirilib FOTOLAR

YAP Gəncə şəhər təşkilatında tədbir keçirilib FOTOLAR

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

YAP Gəncə şəhər təşkilatının 4 saylı (Gəncə Dövlət Universiteti) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov giriş sözü ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın sosial-siyasi həyatında aparıcı rola malik olan ən böyük siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini uca tutub, buna görə də xalqın rəğbətini qazanaraq ümumxalq partiyasına çevrilib. YAP dünənin, bu günün və sabahın partiyası kimi davamlı nailiyyətlərə imza atmaqdadır. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində xalqın etimadını doğruldaraq ölkənin siyasi, iqtisadi və ictimai inkişafında mühüm rol oynayıb. Rektor bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Həmin dövrdə dövlət idarəçiliyində sabitliyin təmin edilməsi, ölkədə parçalanma və qarşıdurma meyillərinin qarşısının alınması, iqtisadi tənəzzülün aradan qaldırılması istiqamətində mühüm addımlar atılmışdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısının həyata keçirdiyi ardıcıl siyasətin əsas strateji istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası olmuşdur. Bu məqsədə nail olmaq üçün uzun illər ərzində hərbi qüdrətin artırılması, iqtisadi potensialın gücləndirilməsi, diplomatik fəaliyyətin genişləndirilməsi və dövlət institutlarının təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması yolunda mühüm tarixi mərhələlər təşkil etmişdir. 2020-ci ildə qazanılmış tarixi Zəfər nəticəsində torpaqlarımızın işğalına son qoyulması istiqamətində həlledici nəticələr əldə edilmiş, 2023-cü ildə isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa olunmuşdur.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov onu da bildirib ki, Yeni Azərbaycan Partiyasının 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən VIII Qurultayı Azərbaycanın siyasi həyatında mühüm mərhələnin başlanğıcını ifadə edən tarixi hadisə kimi yadda qaldı. VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi, regionda yeni siyasi reallıqların formalaşdığı bir dövrə təsadüf etmişdir. Bu müqayisə son beş il ərzində ölkəmizin keçdiyi tarixi yolun miqyasını, dövlətimizin artan gücünü və həyata keçirilən siyasətin strateji əhəmiyyətini aydın şəkildə nümayiş etdirir.Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən qurultay yalnız partiyanın ötən dövr ərzindəki fəaliyyətinə nəzər salınması ilə məhdudlaşmadı. Bu ali toplantı Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin siyasi baxımdan dəyərləndirilməsi, qarşıda duran məqsədlərin müəyyənləşdirilməsi və yeni dövrün çağırışlarına uyğun fəaliyyət istiqamətlərinin ortaya qoyulması baxımından xüsusi əhəmiyyət daşıdı.
YAP İradə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyəti yalnız ötən dövrün nailiyyətlərinin qiymətləndirilməsi ilə məhdudlaşmır. Qurultay, eyni zamanda, Azərbaycanın qarşısında açılan yeni inkişaf mərhələsinin siyasi və ideoloji prioritetlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının fəaliyyətində cəmiyyətlə əlaqələrin gücləndirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması və milli maraqlar ətrafında ictimai həmrəyliyin möhkəmləndirilməsi mühüm yer tutur. Müasir çağırışlara uyğun fəaliyyət göstərmək, vətəndaşlarla açıq dialoqu inkişaf etdirmək və cəmiyyətin müxtəlif təbəqələrinin təşəbbüslərinə dəstək vermək partiyanın qarşısında duran əsas vəzifələrdəndir. Bayram Aslanov onu da bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bir daha göstərir ki, partiyanın missiyası əldə edilmiş nailiyyətlərin qorunması ilə yanaşı, ölkəmizin gələcək inkişafına xidmət edən yeni təşəbbüslərin dəstəklənməsini və strateji hədəflərin reallaşdırılmasını da əhatə edir. Azərbaycan bu gün ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etmiş qalib dövlət kimi qarşısında yeni hədəflər müəyyənləşdirir. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin bu strateji məqsədlərə doğru inamla irəliləməsinə istiqamətlənmişdir.
Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. O, həmçinin xalq–YAP birliyinin əhəmiyyətini vurğulayaraq, bu birliyin Azərbaycanın dövlətçilik ənənələrinin qorunmasında, milli həmrəyliyin möhkəmləndirilməsində və ölkənin davamlı inkişafında mühüm rol oynadığını qeyd edib.
VIII Qurultay nümayəndəsi, 1 saylı Uşaq Gənclər Şahmat İdman Məktəbinin direktoru, Paralimpiya çempionu Ramil Qasımov çıxış edərək dövlətin idmana göstərdiyi dəstəkdən, idmançıların inkişafı üçün yaradılan şəraitdən və əldə olunan nailiyyətlərin əhəmiyyətindən bəhs edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri