Icma.az
close
up
RU
Naxçıvan şəhərində Çanaqqala şəhidləri anılıb

Naxçıvan şəhərində Çanaqqala şəhidləri anılıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 18 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında 18 Mart – Çanaqqala Zəfərinin 111-ci ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Əhməd Vəliyev, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Əlahiddə Ümumqoşun Ordunun zabitləri, müəllimlər, ictimaiyyət və media nümayəndələri, Naxçıvanda təhsil alan türkiyəli tələbələr iştirak ediblər.

Mərasimdə Çanaqqala şəhidlərinin, eyni zamanda, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Sonra türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyulub, şəhidlərin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.

Anım tədbirində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Xəzər Hüseynov çıxış edərək bildiriblər ki, şəhidlərin sarsılmaz Vətən sevgisi, türk xalqının, o cümlədən iki qardaş ölkənin birliyi və bərabərliyi ən böyük qürurumuz, zənginliyimiz və gücümüzdür. Qeyd edilib ki, tarixi qəhrəmanlıqlarla dolu olan türk milləti 111 il əvvəl Çanaqqalada böyük bir tarix yazıb və torpaqların işğalına heç vaxt razı olmayacağını dünyaya nümayiş etdirib.

Sonra Naxçıvan Dövlət Universitetində təhsil alan türk tələbə Böyük Zəfərə həsr olunmuş şeir söyləyib.

Tədbir iştirakçıları Şəhidlər xiyabanını da ziyarət ediblər. Torpaqlarımızın azadlığı naminə canlarını qurban vermiş qəhrəman oğullarımızın məzarlarına və Şəhidlər xiyabanının mərkəzində ucalan “Ana” heykəli qarşısına gül dəstələri düzülüb.

Müxbir- Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Mart 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri