Bakıda Çanaqqala şəhidləri yad ediləcək
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çanaqqala döyüşlərinin 110-cu ildönümü münasibəti ilə oktyabrın 22-də Azərbaycan İstiqlal Muzeyində “Cəbhədən fotolarla Çanaqqala döyüşləri” adlı sərgi və panel proqramı təşkil ediləcək.
Modern.az xəbər verir ki, tədbir Bakı Yunus Emre İnstitutunun və Azərbaycan İstiqlal Muzeyinin birgə əməkdaşlığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə keçiriləcək.
Proqramın davamında Çanaqqala Döyüşləri Mobil Muzeyi ziyarət ediləcək. Sərgi və Mobil Muzey oktyabrın 25-dək ziyarətə açıq olacaq.
Paneldə Türkiyədən Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin ərazi planlama qrup sədri Yusuf Kartal, Azərbaycandan Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri t.ü.f.d. dos. Firdovsiyyə Əhmədova məruzə ilə çıxış edəcəklər.
Qeyd edək ki, 1071-ci ildə Malazgird savaşı ilə yeni dünya düzəni yaradan türk xalqı 1915-ci ildə Avropanın ən böyük dövlətlərinin qarşısında Çanaqqala zəfəri ilə tarixə imza atıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 21 Oktyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















