Naxçıvan Vəkillər Kollegiyası üzvləri ilə bağlı yeni qərar
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Naxçıvan Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətləri genişləndirilir.
"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ "Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, qanuna aşağıdakı redaksiya verilir.
- Vəkillər Kollegiyasının Nizamnaməsini, Vəkillərin İntizam Komissiyasının Əsasnaməsini, Vəkillərin İxtisas Komissiyasının Əsasnaməsini təsdiq etmək və onlarda dəyişiklik etmək;
- Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrini, sədr müavinlərini və digər üzvlərini, Vəkillərin İntizam Komissiyasının sədrini, sədr müavinini və digər üzvlərini seçmək;
- Vəkillər Kollegiyasının büdcəsini və üzvlük haqqının məbləğini müəyyən etmək.
Həmçinin Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı üç ildə bir dəfədən az olmayaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən çağırılacaq.
Layihəyə görə, Vəkillər Kollegiyası üzvlərinin növbədənkənar ümumi yığıncağı Vəkillər Kollegiyası üzvlərinin üçdə birinin tələbi və ya Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı əsasında çağırıla bilər. Bundan başqa, Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı çağırıldıqda Vəkillər Kollegiyasının Rəyasət Heyəti iki ay ərzində onun təşkilini və keçirilməsini təmin edəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 Dekabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















