Icma.az
close
up
RU
Naxçıvan xal itirdi, Baxşıyev hakimdən gileyləndi

Naxçıvan xal itirdi, Baxşıyev hakimdən gileyləndi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt – Araz-Naxçıvan 0:0
1. Mehdi Cənnətov – 6,0
14. Elvin Bədəlov (k) – 5,0
(2. Sertan Taşkın, 83) – qiymətsiz
7. Rövlan Muradov – 5,0
17. Murad Xaçayev – 5,0
8. Səbuhi Abdullazadə - 5,5
20. Ayxan Süleymanlı – 5,5
(24. Sənan Muradlı, 83) – qiymətsiz
19. Roy Kehat – 5,0
12. Georgi Karaişvili – 5,5
(60. Tresor Mossi, 83) – qiymətsiz
11. Momo Yansane – 5,0
(21. Nihad Əhmədzadə, 90) – qiymətsiz
5. Alan Dias – 5,0
77. Casurbek Caloliddinov – 5,0
(30. Kamran Quliyev, 62) – 4,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
36. Xəyal Fərzullayev
41. Uğur Cahangirov
29. Qabil Əlizadə
66. Ruslan Əliyev
75. Nadir Orucov
95. Miloş Miloviç
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Mehdi Cənnətov
12. Kristian Avram – 5,5
5. Qara Qarayev – 5,0
34. Urfan Abbasov (k) – 5,0
2. Slavik Alxasov – 5,0
(7. Ülvi İsgəndərov, 87) – qiymətsiz
24. Mustafa Əhmədzadə - 5,0
(6. Vadim Abdullayev, 74) – qiymətsiz
16. Ramon Maçado – 6,0
21. Sezar Meza Kolli – 4,5
(23. Nuno Rodriges, 46) – 4,5
29. Vanderson Melo – 5,0
(10. Bernardo Dias, 74) – qiymətsiz
17. İssuf Paro – 5,5
4. İqor Ribeyro – 5,0
97. Felipe Santos – 4,5
(14. Miço Kuzmanoviç, 46) – 4,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
99. Raul Əhmədzadə
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
71. Sənan Ağalarov
57. Elcan Məmmədov
8. Karlos Jatoba
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Ramon Maçado
R.Muradov 10-cu dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: E.Bədəlov, 47 (qeyri-idman hərəkəti). V.Melo, 53 (qeyri-idman hərəkəti). S.Abdullazadə, 69 (qeyri-idman hərəkəti). S.M.Kolli, 69 (qeyri-idman hərəkəti). R.Maçado, 69 (qeyri-idman hərəkəti). İ.Ribeyro, 89 (oyunun bərpasının ləngidilməsi). A.Dias, 90 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Anar Şixəliyev (Bakı).
1 fevral. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 900 tamaşaçı (9502 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Sumqayıta – matçın keçiriləcəyi “Mehdi Hüseynzadə”yə yollanarkən istər-istəməz düşünürdüm ki, son dörd oyunda cəmi bir qol vuran, həmin maçların yalnız birində qələbə qazanan və “Zirə”nin ikinci pilləyə doğru sürət yığdığını dərk edən “Araz-Naxçıvan” mütləq qələbə qazanacaq. Özü də qol yox, qollarla. Bu üzdən məni qınamaq fikrinə düşən sumqayıtlılarln nəzərinə çatdırım ki, günahkar deyiləm! Ona görə ki, “kimyaçılar” son 4 matçda nəinki qələbə qazanmış, heç qol da vura bilməmişdi. Belədə heyətlərin müqayisəsiylə bağlı şərt işə düşdü ki, qonaqları matçın aşkar favoriti saydım. Əlbəttə, futbolun sürprizlərini də istisna etmirdim.
Elə belə də oldu. Dəqiq desəm, “Sumqayıt” yaxşı, “Araz-Naxçıvan” pis mənada təəccübləndirdi. Təbii ki, Rövlanın yerinə yetirə bilmədiyi penaltini saymasaq. Əslində buna bəxtsizlik də demək olar. Ona görə ki, 6-cı dəqiqədə Qara Karaişvilinin boş qapıdan keçirmək istədiyi topu kənarlaşdırmaqla komandasını xilas etdi. Ardından Diasın cərimə meydançası daxilindən “çərçivə”yə göndərmək istədiyi top Paronun əlinə dəydi. Hakim əvvəl oyunu davam etdirsə də, Diasın israrlı etirazından və VAR-ın müdaxiləsindən sonra epizopdu incələdi və qonaqların əleyhinə penalti təyin etdi.
10-cu dəqiqədə topun arxasına keçən Rövlan isə Avramla mübarizədən məğlub ayrıldı. Bir qədər sonra meydan sahiblərinin yeni forvardı fərqlənməyə yaxın olsa da, həm qeyri-dəqiq oynadı, həm də ofsayd qeydə alındı. 20-ci dəqiqədə Ramon hesabı açmaq eşqinə düşdü ki, Mehdi buna imkan vermədi. Növbəti dəqiqələr “qırmızı-ağlar”ın müdafiə xəttində buraxdığı səhvlərlə yadda qaldı. Fürsətdən yararlanmaq istəyən “kimyaçılar”ın ardıcıl hücumları isə işə yaramadı. Daha doğrusu, Karaişvili, ardından Rövlən, Səbuhi və Ayxan qeyri-dəqiq oynadı. Caloliddinovun 39-cu dəqiqədə topu uzaqdan tora qovuşdurmaq arzusu isə Avramın ayıq-sayığlığı sayəsində reallaşmadı. Naxçivanlılar bu ərəfədə qədər yalnız bir təhlükəli epizoda imza atdı – 41-ci dəqiqədə Meza Kollinin qol müəllifi olmaq istəyinə Ayxanın həlledici müdaxiləsi mane oldu.
İkiinci hissə Muxtar Respublika təmsilçisinin hegomonluğu şəraitində keçdi. Elə ilk hesabı açmaq cəhdi də “Araz-Naxçıvan”ın payına düşdü. 56-cı dəqiqədə Melo yöndəmsiz zərbə üzündən hesabı açmaq şansını əldən verdi. Qonaqların ikinci cəhdi Mehdinin müdaxiləsiylə uğursuzluğa düçar oldu. Qolkiper Melonun yaxın məsafədən “çərçivə”yə göndərmək istədiyi topu dərhal uzaqlaşdırdı. Qapıçı 62-ci dəqiqədə növbəti dəfə özünü yaxşı tərəfdən göstərdi. O, topu Ramonun ayaqlarından “oğurlamaqla” komandasını qoldan xilas etdi.
Bir qədər sonra Urfanın uzaqdan zərbəsini asanlıqla dəf edən “əlcək sahibi” 80-ci dəqiqədə Slaviklə təkbətək mübarizədən də qalib ayrıldı. Çox keçmədən Bernardo Diası da kritik müdaxilə sayəsində məyus edən qolkiper komandasının qəhrəmanına çevrildi. “Qırmızı-ağlar” final fitinə qədər hesabı açmaq cəhdlərindən vaz keçmədi. Sonuncu belə epizod 90+1-ci dəqiqəyə təsadüf etdi ki, Kuzmanoviç fürsəti əldən verdi. Beləliklə, “Araz-Naxçıvan”ın ikinci pillədəki yeri bir qədər də silkələndi. “Sumqayıt” isə avrokuboklar uğrunda mübarizəyə qoşulmaqdan bir qədər də uzaqlaşdı.
Gözdən qaçmadı
* “UltraSumqayıt” və “Kimyaçılar” tribunalarda idi. “Araz-Naxçıvan” isə həmişəki kimi dəstəksiz qaldı.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Fevral 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri