Icma.az
close
up
RU
Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər

Naxçıvan yolu Rusiyanın nəzarətindən çıxa bilər

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan dəmiryol xətlərini keçmiş müttəfiqinin idarəçiliyindən almaq istəyir - Moskvanın qərarı isə...
Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov bu həftə Ermənistana səfər edəcək. Səfər çərçivəsində Naxçıvan və Qars istiqamətlərində dəmir yolu infrastrukturunun inkişafı, eləcə də Ermənistanın dəmir yollarının idarəçiliyini əhatə edən konsessiya müqaviləsinin gələcəyi müzakirə olunacaq.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib. Onun sözlərinə görə, tərəflər Ermənistanın dəmir yolu infrastrukturunun inkişafı ilə bağlı işçi müzakirələr aparacaqlar. Gündəlikdə Qars və Naxçıvan istiqamətində dəmir yolu hissələrinin mümkün tikintisi və bərpası məsələləri də yer alır.

Naxçıvan istiqamətində dəmir yolu bağlantısının müzakirə olunması Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqələrinin qurulması regional kommunikasiyaların inkişafı baxımından mühüm məsələlərdən biridir. Ermənistan ərazisindən keçəcək nəqliyyat bağlantısının reallaşması isə bölgədə yükdaşımaların marşrutlarına, iqtisadi əlaqələrə və regional nəqliyyat xəritəsinə təsir göstərə bilər. Söhbət hələlik mümkün tikinti və bərpa layihələrinin müzakirəsindən gedir. Layihənin hansı marşrut üzrə həyata keçiriləcəyi, maliyyələşmənin necə təşkil olunacağı və idarəetmənin kimə həvalə ediləcəyi barədə də əlavə məlumat açıqlanmayıb.

Məsələnin digər mühüm tərəfi Rusiyanın Ermənistanın dəmir yolu sistemindəki mövqeyidir. Hazırda Ermənistanın dəmir yollarının idarə olunması Rusiya tərəfi ilə bağlanmış konsessiya müqaviləsi əsasında həyata keçirilir. Paşinyan hökuməti isə bu müqavilənin gələcəyini yenidən müzakirəyə çıxarıb. Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçuk Moskvanın konsessiya müqaviləsinin ləğvi ilə bağlı İrəvandan rəsmi müraciət almadığını bildirmişdi. Paşinyan isə Ermənistan hökumətinin müqaviləni ləğv etmək üçün hüquqi vasitələrinin və əsaslarının olduğunu desə də, məsələnin siyasi xarakter daşıdığını vurğulayıb.

Belozerovun səfəri bu baxımdan həm də Moskva ilə İrəvan arasında dəmir yolu infrastrukturunun gələcəyi ilə bağlı danışıqların davamı kimi diqqət çəkir. Ermənistanın nəqliyyat layihələrini inkişaf etdirmək istəyi ilə Rusiyanın mövcud konsessiya hüquqları arasında hansı razılaşmanın əldə olunacağı hələ bəlli deyil.

Azərbaycan baxımından əsas məsələ Naxçıvanla nəqliyyat əlaqəsinin real layihəyə çevrilməsi, dəmir yolu bağlantısının hansı şərtlərlə qurulması və regional kommunikasiyaların açılmasının praktik nəticələridir. İrəvanda keçiriləcək müzakirələrin bu istiqamətdə konkret qərarlarla nəticələnib-nəticələnməyəcəyi isə səfərdən sonra aydınlaşa bilər.

Deputat Elşad Musayevin “Yeni Müsavat” bildirdiyinə görə, bəli, Ermənistan dəmir yollarını Rusiyanın idarəçiliyindən çıxara bilər: “Lakin bunun üçün təkcə siyasi qərar kifayət etmir. Əslində hüquqi müqavilələrin yenidən nəzərdən keçirilməsi, alternativ operatorun tapılması, maliyyələşdirmə, infrastrukturun texniki idarəçiliyi və regional nəqliyyat əlaqələrinin bərpası lazımdır. Ermənistanın əsas çətinliyi də məhz budur ki, suverenliyini gücləndirmək istəyi ilə dəmir yolunu işlək vəziyyətdə saxlamaq üçün maliyyə imkanlarını uzlaşdıra bilmir. Müqavilə 2008-ci ildə 30 illik müddətə bağlanıb və müəyyən şərtlərlə əlavə 10 il uzadılma imkanı nəzərdə tutur. Yəni 2038-ci ilə qədər davam etməsi deməkdir. Mən bir hüquqşünas kimi deyə bilərəm ki, Ermənistan dəmir yollarını milliləşdirmək məcburiyyətində deyil, çünki infrastruktur onsuz da mülkiyyətindədir. Dəyişdirilməli olan əsas məsələ idarəetmə hüquqlarının kimə və hansı şərtlərlə verilməsidir. Paşinyan Rusiya operatorunun başqa şirkətlə əvəzlənməsi ideyasını açıq şəkildə gündəmə gətirib. Türkiyə ilə Naxçıvanı birləşdirməsi nəzərdə tutulan dəmir yolu layihəsi gələcəkdə regional yüklər üçün alternativ yarada bilər. Ermənistan da bunu hesablayır. Bundan əlavə, Ermənistanın xarici ticarətində Gürcüstan istiqaməti mühüm rol oynayır. Dəmir yolu və avtomobil yolları ilə daşımaların inkişafı Ermənistanın tək bir nəqliyyat xəttindən asılılığını azaltmağa kömək edə bilər. İndi İrəvanın narahatlığı ondan ibarətdir ki, beynəlxalq yük sahibləri Rusiya idarəçiliyindəki xətdən istifadə etmək istəməsələr, yeni regional layihələrdən əldə ediləcək gəlirlərin bir hissəsi Ermənistandan yan keçə bilər”.

Deputat yada salıb ki, Qazaxıstan, Qətər və BƏƏ kimi ölkələrin idarəetməni öz üzərinə götürməsi müzakirə olunub, amma hələ yekun razılaşma yoxdur: “Moskvanın mövqeyinə gəldikdə, Rusiyanın Dəmir Yollarını Ermənistanın idarəçiliyinə qaytarmaq istəməməsi təkcə bizneslə bağlı deyil. Burada Rusiya-Ermənistan münasibətləri, Moskvanın Cənubi Qafqazdakı təsir imkanları, Azərbaycanla nəqliyyat əlaqələri, Türkiyə istiqaməti və Ermənistanın Qərblə yaxınlaşması kimi bir-biri ilə əlaqəli amillər var. Əgər Ermənistan gələcəkdə Azərbaycan, Türkiyə və İranla yeni dəmir yolu marşrutları açarsa, ölkənin iqtisadi əlaqələri şaxələnə bilər. İdarəetmə də Rusiyadan başqa şirkətə keçərsə, Moskvanın bu infrastrukturdakı birbaşa korporativ mövqeyi zəifləyər. Bu, Rusiyanın Ermənistan üzərində bütün təsirinin itməsi demək deyil. Amma təsir vasitələrindən birinin azalması deməkdir. Üstəlik, idarəetmə Qərb şirkətinə və ya Qərb maliyyə institutlarının etibar etdiyi operatora keçərsə, Ermənistanın nəqliyyat infrastrukturu beynəlxalq investisiyalar üçün daha əlçatan ola bilər. Əksinə, Rusiya ilə əlaqəli şirkətin idarəetmədə qalması bəzi beynəlxalq tərəfdaşlar üçün əlavə hüquqi və sanksiya riskləri yarada bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Oktyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri