Icma.az
close
up
RU
Rusiyanın istəyi ilə ABŞ bu bölgədən tamamilə çıxa bilər

Rusiyanın istəyi ilə ABŞ bu bölgədən tamamilə çıxa bilər

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Qüdrət bəy, Belçikanın paytaxtı Brüssel şəhərində “İslam dünyası 2025-Belçika krallığında və Avropada” konfransı barədə təəssüratlarınızı oxucularımızla bölüşməyinizi xahiş edirik.

– Belçika krallığında 2025-ci il islam dünyası ili elan olunub. Konfransı İCESCO, Qafqaz müsəlmanları idarəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təşkil etmişdi. Azərbaycanın tanıdılması, islam dininin və multikulturalizmin Azərbaycan modelinin təbliği baxımından tədbir çox əhəmiyyətli idi. Buna görə təşkilatçılara öz təşəkkürümü bildirirəm. Avropa Parlamentində keçirilən dəyirmi masada və konfransda, konfrans üzvləri də digər qonaqlar üçün açılmış ehsan süfrəsi arxasında nümayəndə heyətinə rəhbərlik edən Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə geniş məruzələrlə çıxış edib, Azərbaycanda dövlət-din münasibətləri, fərqli mədəniyyətin daşıyıcıları olan xalqların və etnik qrupların ölkəmizdə birgə yaşayışı, cəmiyyətimizdə mövcud olan tolerantlıq və sivilizasiyalararası dialoq, Azərbaycan Respublikası Prezidentinin, Birinci vitse-prezidentin bu məsəyə göstərdiyi diqqət, torpaqlarımızın erməni vandalları tərəfindən işğalı və islam abidələrinin, şəhər və qəsəbələrimizin dağıdılması barədə geniş məlumat verdi. Bəhreyndə başladılmış islam dinində aparılmalı olan islahatlardan, islam dininin multikulturalizmə verdiyi töhfələrdən danışdı. Konfransda mən və həmkarım Cavanşir Paşazadə, Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların liderləri də daxil olmaqla çıxış etdik, ölkəmizin Qərbin yürütdüyü ikili standartlardan əziyyət çəkməsindən, qaçqınlarımızdan, Ermənistanın sülh sazişi imzalamaqdan yayınmasından, dini ekstremizmə qarşı aparılan uğurlu mübarizədən danışdıq, dəyirmi masa iştirakçılarını hər şeyi öz gözləri ilə görmələri üçün Azərbaycana dəvət etdik.

– Qüdrət bəy, mətbuatda Azərbaycanın ABŞ-dəki səfiri ABŞ-ni Azərbaycanın strateji müttəfiqi adlandırıb və strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazır olduğumuzu bildirib. Siz isə mətbuata bildirmişdiniz ki, ABŞ ilə əməkdaşlıq etməli, amma onunla nə dost, nə də düşmən olmamalıyıq. Bu məsələyə də münasibətinizi bilmək istərdik…

– Son 10 illiklər ərzində ABŞ cəmiyyəti tam olaraq ikiyə parçalanıb.Tramp administrasiyası özündən öncəki administrasiyanın ABŞ dövləti adından imzaladığı sənədləri, müqavilələri tanımır. Sanki administrasiyalar ayrı-ayrı dövlətlərdir. Bugünkü Tramp administrasiyası demokratlarla yaxınlıq etmiş siyasətçiləri, hətta ayrı-ayrı dövlət rəhbərlərini təqib və təhdid edir. Zelenski nümunəsi gözümüz önündədir. O, Baydenlə 2024-cü ilin iyununda təhlükəsizliyə dair 10 illik saziş imzalamışdı. Amma bu gün Tramp onu aşağılayır və kapitulyasiyaya məcbur edir. Biz Trampla dostluq etsək sabah başqa bir ABŞ prezidenti də Trampla saziş imzaladığımıza görə bizi incidəcək. ABŞ siyasi sistemində qütbləşməyə son qoyulmayana, beynəlxalq hüquqa və öhdəliklərə ciddi əməl olunmayana, siyasi sistemdə islahatlar aparılmayana qədər bu ölkə ilə müəyyən məsafə saxlamalıyıq. Həm də açıqlama verməmişdən öncə diplomatik kanallarla ABŞ-nin mövqeyini öyrənmək lazımdır. Onlar buna hazır deyilsə yüngülsaqqal olub özümüzə problem yaratmağa dəyməz. Qonşularımızın, müttəfiqlərimizin bu məsələyə nə dərəcədə həssas yanaşacağını da nəzərə almalıyıq. Zelenski də NATO ölkələri Ukraynanı öz sıralarına qəbul etməyə hazır olmadığı halda Ukraynanın NATO-ya üzv olmasını istəyirdi. Biz gözləməliyik ki, ABŞ bizimlə strateji müttəfiqliyə dair saziş imzalamaq istəyirsə özü belə təşəbbüslə çıxış etsin. Amma ABŞ etibarlı tərəfdaş olmadığından (Ukrayna gözümüzün önündədir) mən bunun təhlükəli olduğunu növbəti dəfə xatırladıram. Rusiyanın istəyi ilə ABŞ bu bölgədən tamamilə çıxa bilər. Rusiya- ABŞ danışıqlarının sonunu gözləmək lazımdır.

– ABŞ-də BMT-dən çıxmağa dair qanun layihəsinin Konqresə təqdim olunması barədə informasiyalar yayılıb. Bu məsələyə münasibətiniz necədir?

– BMT əhəmiyyətsiz diskussiya klubudur. Torpaqlarımız işğal olunanda, Ermənistanda etnik təmizləmə aparılanda, Xocalı soyqırımı törədiləndə biz bunu görmüşük. Dünyada sülhə və təhlüksizliyə ən böyük təhdid də BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən gəlir. ABŞ BMT-nin yenidən təşkili ideyası ilə çıxış etsəydi daha yaxşı olardı. ABŞ BMT-dən çıxacağı halda, bunu edən ikinci ölkə biz olmalıyıq.

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Mart 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri