Icma.az
close
up
RU
Naxçıvanda 32.5 milyon manatlıq yeyinti üzə çıxdı Materiallar prokurorluqda

Naxçıvanda 32.5 milyon manatlıq yeyinti üzə çıxdı Materiallar prokurorluqda

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bu ilin yanvar-noyabr aylarında Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında 7 audit keçirib, hamısının nəticələri artıq rəsmiləşdirilib".

Oxu.Az Palataya istinadən xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov bu gün Naxçıvan şəhərində keçirilmiş Maliyyə Forumunda bildirib.

"Auditlər nəticəsində 32.5 milyon manat vəsaitin pul, natura və əvəzləşmə formasında bərpa edilməsinə dair qərar qəbul olunub. Eyni zamanda, 5 auditin nəticələri üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Həmçinin səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi üçün 5 auditin nəticələri yerli Nazirlər Kabinetinə təqdim olunub", - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, pozuntulara səbəb olan faktların araşdırılması göstərir ki, qurumların daxili nəzarət mexanizmlərində zəiflik var: "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi, eləcə də sahə üzrə kifayət qədər bacarıqlara və biliklərə malik olmaması nöqsanların yaranması ilə nəticələnir. Hesab edirik ki, müxtəlif dövlət orqanlarının, o cümlədən Maliyyə Nazirliyi və Hesablama Palatasının Naxçıvanda dövlət sektoru üzrə sağlam maliyyə idarəetməsinə dəstək göstərməsi vacibdir. Bu, maliyyə intizamının yüksəldilməsinə də səbəb olacaq. Məhz bunlar diqqətə alınmaqla, bu kimi görüşləri, bəzi hallarda işçi qaydada seminarların keçirilməsi üçün təşəbbüsləri dəstəkləyirik", - V.Gülməmmədov deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Dekabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see167

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see144

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see135

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see134

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see132

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see129

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see127

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see127

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see126

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see125

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see124

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see121

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see120

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see120

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see118

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see118

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see117

Bu da Hüsniyyənin heç yerdə görmədiyiniz oğlu VİDEO FOTO

05 Sentyabr 2025 22:58see114

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see114

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri