Naxçıvanda Ahıllar Günü münasibətilə tibbi aksiya keçirilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 1 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 1 Oktyabr – Ahıllar Günü münasibətilə Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən Çətin Həyat Şəraitində olan Şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsində tibbi aksiya təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya çərçivəsində müəssisədəki ahılların sağlamlıq vəziyyətinin yoxlanılması məqsədilə həkim-mütəxəssislər tərəfindən kardioloji, oftalmoloji, nevroloji və terapevtik müayinələr aparılıb.
Müayinələr zamanı ahılların ürək-damar sistemi, göz və görmə qabiliyyəti, sinir sistemi, eləcə də ümumi sağlamlıq göstəriciləri diqqətlə yoxlanılıb. Həkimlər tərəfindən aparılan müayinələrin nəticələrinə uyğun olaraq vətəndaşlara fərdi məsləhətlər verilib, ehtiyac duyulan hallarda əlavə müalicə və profilaktik tədbirlərin görülməsi tövsiyə olunub.
Aksiya ahılların sağlamlığının qorunması və onlara göstərilən qayğıya töhfə vermək məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 01 Oktyabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















