Icma.az
close
up
RU
Nəsimi Rayon İcra Hakimiyyətində 1 oktyabr Ahıllar günü münasibətilə tədbir keçirilib

Nəsimi Rayon İcra Hakimiyyətində 1 oktyabr Ahıllar günü münasibətilə tədbir keçirilib

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


1 oktyabr 2025-ci il tarixində Nəsimi Rayon Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin təşkilatcılığı ilə Ahıllar Gününə həsr olunmuş geniş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri  Azər Süleymanov Rayon İcra Hakimiyəti başçısınn səlahiyyətlərini icra edən, RİH başçısının müavini Zahid Xəlilov, RİH başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov,  Azərbaycan Ağsaqqallar Şurasının Aparat  rəhbəri  Ramin Həsənli, Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, rayon ağsaqqalları, ziyalıları və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışıb. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunmasından, döyüşçülərimizin şücaətindən geniş bəhs edib. Daha sonra natiq bildirib ki, BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.  Vaqif Şadlinski qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən ahıllara, onların sosial müdafiəsinə göstərilən xüsusi diqqət və qayğının nəticəsi kimi ölkəmizdə 1993-cü ildən hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar Günü kimi yüksək səviyyədə qeyd olunur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə  qəbul edilmiş “Ahıllara Sosial Xidmət’’ haqqında Azərbaycan Respublikasının qanunu ahıl insanlara qayğının bariz nümunəsidir. Natiq, həmçinin, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirlən sosial siyəsətin əsas istiqamətlərindən biri də ahıl şəxslərin qayğı ilə əhatə olunması, onların sosial müdafiəsinin ildən-ilə gücləndirilməsidir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, icra olunan proqramlar nəticəsində ahıllara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb və bu gün də atılmaqdadır. Professor Vaqif Şadlinski çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının və Nəsimi Rayon İcra Hakmiyyətinin rayon ağsaqqallarına göstərdiyi böyük hörməti, diqqət və qayğını xüsusi vurğulayıb və təşəkkürünü bildirib.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, RİH başçısıın müavini Zahid Xəlilov çıxış edərək bildirib ki, biz yaşlı nəslə ehtiram və qayğının nümunəsini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin bütün mərhələlərində görmüşük. Bu gün Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikanın Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman yaşlı insanların qayğısına qalır, onların sosial problemlərinin həllinə xüsusi diqqət yetirirlər. Nəsimi Rayon İcra Hakmiyyəti də, öz növbəsində, rayon ağsaqqallarına daim diqqət və qayğı göstərir. Natiq çıxışına davam edərək qeyd etdi ki , memarı və qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan Müstəqil Azərbaycan Respublikası bu gün öz tarixinin ən əlamətdar hadisələrlə dolu günlərini yaşayır.Azərbaycan xalqının həyatında müstəsna əhəmiyət kəsb edən Şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının dövlət bayrağı respublikamızın hər bir yerində əzəmətlə dalğalanır.Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinin sahibidir.Tam əminliklə deyə bilərik ki , bu gün Prezident İlham Əliyevin strateji uzaqgörənliyi və Birinci vitse – prezident Mehriban xanım Əliyevanın humanist təşəbbüsləri nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur .
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbirdə iştirak edənləri salamlayaraq, Ahıllar Günü münasibətilə onlara xoş arzularını çatdırmış və bildirmişdir ki, ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi, onların layiqli həyat şəraitinin təmin edilməsi Azərbaycan dövlətinin daim güclənən sosial siyasətini xarakterizə edən əsas prioritetlərdəndir.
Nəsimi Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev öz çıxışında bildirib ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın dünyada alternativi yoxdur. Ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq, həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır və azad fəaliyyət göstərirlər. Azərbaycanda bütün azsaylı xalqlar yüksək qayğı ilə əhatə olunublar.
Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Şuranın sədri, millət vəkili, professor  Eldar Quliyevin və İdarə Heyəti üzvlərinin salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə hər zaman ölkəmizdə ahıllara, yaşlı nəslə, o cümlədən ağsaqqallara xüsusi diqqət və qayğı göstərilib. Təsadüfi deyil ki, Ümummilli Liderimiz ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmış, onlara daim öz dərin ehtiramını ifadə etmişdir. Bu siyasi kurs, bu nəcib missiya hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Tədbirdə, həmçinin, professorlar İmamverdi Həmidov, Qalib Qarayev və başqaları çıxış edərək gənclərin maariflənməsində ağsaqqal nüfuzundan istifadənin zəruriliyindən, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirakının əhəmiyyətindən bəhs ediblər.
Çay süfrəsi arxasında davam edən tədbir səmimi fikir mübadiləsi şəraitində davam etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Oktyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see221

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see215

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see166

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see157

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see153

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see153

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see152

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see146

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see138

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see138

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see135

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri