Icma.az
close
up
RU
Naxçıvanda baytarlıq apteklərində mənşəyi məlum olmayan preparatlar aşkarlanıb AZƏRTAC

Naxçıvanda baytarlıq apteklərində mənşəyi məlum olmayan preparatlar aşkarlanıb AZƏRTAC

Naxçıvan, 3 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən muxtar respublikada fəaliyyət göstərən baytarlıq apteklərində keçirilən monitorinq zamanı bu sahədə normativ hüquqi sənədlərin tələblərinin pozulduğu, son istifadə tarixi bitmiş və mənşəyi məlum olmayan baytarlıq preparatlarının satıldığı hallar aşkar edilib.

Agentlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, satışı həyata keçirilən istifadə müddəti bitmiş və mənşəyi məlum olmayan baytarlıq preparatları satışdan kənarlaşdırılaraq müvəqqəti saxlanca verilib, qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri