Naxçıvanda baytarlıq apteklərində mənşəyi məlum olmayan preparatlar AŞKARLANDI FOTO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən muxtar respublikada fəaliyyət göstərən baytarlıq apteklərində keçirilən monitorinq zamanı bu sahədə normativ-hüquqi sənədlərin tələblərinin pozulduğu, son istifadə tarixi bitmiş və mənşəyi məlum olmayan baytarlıq preparatlarının satıldığı hallar aşkar edilib.
Agentlikdən Bizim.Media-ya bildirilib ki, satışı həyata keçirilən istifadə müddəti bitmiş və mənşəyi məlum olmayan baytarlıq preparatları satışdan kənarlaşdırılaraq müvəqqəti saxlanca verilib, qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 04 Dekabr 2024 00:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















