Icma.az
close
up
RU
Naxçıvanda cüdo turniri təşkil edilib

Naxçıvanda cüdo turniri təşkil edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 8 may, AZƏRTAC

Naxçıvan şəhəri İlham Əliyev adına Olimpiya İdman Kompleksində 2010-2013-ci il təvəllüdlü oğlan və qız cüdoçular arasında muxtar respublika turniri keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş yarışda 70 idmançı medallar uğrunda mübarizə aparıb.

Tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda idmanın yüksəlişi və gələcək inkişafındakı misilsiz xidmətlərindən bəhs edib, dahi rəhbərin əsasını qoyduğu idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Nazir müavini bildirib ki, hər il olduğu kimi, bu il də muxtar respublikada Heydər Əliyev dühasına hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlər, o cümlədən idman yarışları keçirilir. Bu kimi tədbirlər eyni zamanda məşqçi, hakim və idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsinə, bədən tərbiyəsi və idmana olan marağın artırılmasına hədəflənib.

Yarış açıq elan olunduqdan sonra Dövlət Himni səsləndirilib. Ardınca mübarizəyə start verilib. Görüşləri Azərbaycan Cüdo Federasiyasından olan hakimlər idarə ediblər.

Nəticələrə gəlincə, Davud Məmmədzadə (38 kq), Onur Fərzəliyev (42 kq), Fuad Cəlilzadə (46 kq), Elvin Cəfərov (50 kq), Yusif Əsədli (55 kq), Hüseyn Mustafayev (60 kq), Sadiq Rzazadə (66 kq), Səccad Heydərov (73 kq), Mirməhəmməd Hacılı (+73 kq), Ləman Bağırova (36 kq), Nuray Cabbarli (40 kq), Yağmur Əlizadə (44 kq), Nuray Kərimova (48 kq) və Aysu Səfərova (65 kq) müvafiq yaş və çəki kateqoriyalarında birinci olublar.

İlk üç yerin sahibləri diplom və medallarla təltif ediliblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri