Icma.az
close
up
RU
Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin səbəbləri barədə araşdırma başlanılıb YENİLƏNİB 1

Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin səbəbləri barədə araşdırma başlanılıb YENİLƏNİB 1

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvanda dönərdən kütləvi zəhərlənmənin səbəbi məlum olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Qida zənciri nəzarət şöbəsinin müdiri Orxan Orucov jurnalistlərə verdiyi açıqlamaya görə, Naxçıvan şəhər Heydər Əliyev prospektində yerləşən “Kassap dönər”də 17 nəfər kütləvi qida zəhərlənməsinə məruz qalması ilə bağlı məlumat daxil olan kimi təxirəsalınmaz tədbirlər agentlik tərəfindən görülüb:

"Əməkdaşlarımız hadisə baş vermiş dönərxanada müvafiq tədbirləri həyata keçirib, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb, müvafiq tədbirlər görülüb və nümunələr seçilərək Naxçıvan qida təhlükəsizliyi institunun labaratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir. Ətraflı nəticələr barədə ictimaiyyətə məlumat veriləcəkd".

Qurum rəsmisi bildirib ki, baş verən hadisə mövsümlə də əlaqədar ola bilər, məhsulların saxlanması, istifadə qaydalarının pozulması ilə də:

"Bu kimi riskli xidmət sahələrində qida zəhərlənmələrinin yaranmasına səbəb ola bilər. Burada araşdırma davam etdirilir, qida zəncirinin müvafiq mərhələlərində aparılan araşdırma istər çiy dönər saxlanması və ya emalı müəsissəsində, dönər üçün nəzərdə tutulan, həm də termiki emala məruz qalmış dönərdən də nümunələr seçilir və orada istifadə olunan dönər üçün nəzərdə tutulan sosuslar, ketçuplar, moyanezlərdən də nümunələr seçilib və qida təhlükəsizlik institunun labaratoriyasına təqdim olunub. Ümumiyyətlə həmin məhsullarla bağlı normativ hüquqi akt qəbul olunub. Həmin aktda qeyd olunan tempratur rejimi məsələlərinə əməl etmək lazımdır. Apardığımız müşahiədələr zamanı istifadə olunan moyanez, ketçup və digər sousların müvafik tempraturda saxlanmağı, gigyenik qaydaların pozulması sonda bu kimi arzuolunmaz hadisələrə səbəb olur".

***

12:28

"Zəhərlənənlərin 9 nəfəri azyaşlı olub".

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva deyib.

Həkim bildirib ki, iyunun 9-da Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 nəfər şəxs qida zəhərlənməsi diqanozu ilə daxil olub: "Daxil olarkən xəstələrin vəziyyəti orta-ağır və iki nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Aparılan simptomatik yardımlardan və dinamik müşahidədən sonra xəstələr tam klinik sağalma ilə evə buraxılıb. Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub. Ümumi zəhərlənənlərin sayı 17 nəfər olub. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, bizdə zəhərlənmə halının çox olduğu barədə məlumat var. Yəni, təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib".

***

09:23

Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.

Məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, bu, son 20 gün ərzində Naxçıvanda dönərdən ikinci kütləvi zəhərlənmə hadisəsidir. Mayın 21-i Naxçıvanda dönərdən 7 nəfər zəhərlənmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 İyun 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri