Naxçıvanda dönərdən zəhərlənənlər evə buraxılıblar YENİLƏNİB
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Naxçıvanda dönərdən zəhərlənən 6 nəfər evə buraxılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinin növbətçi həkimi Nəzmin Allahverdiyeva açıqlama verib.
"Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə Naxçıvan şəhərində fəaliyyət göstərən kafelərdən birində dönər yeməklə zəhərlənmiş 6 nəfər daxil olub. Üçü azyaşlı olmaqla 6 nəfər ürrək bulanma, qusma şikayətləri ilə daxil olub. Göstərilən simptomatik yardımlar sonrası xəstələr evə buraxılıb", - o qeyd edib.
16:48
Naxçıvanda 6 nəfər dönərdən zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi bildirilib.
Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən kafedə baş verdiyi məlum olub. Faktla bağlı Agentlik tərəfindən araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 22 Mart 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















