Icma.az
close
up
RU
Naxçıvanda dövlət din münasibətləri müzakirə edilib

Naxçıvanda dövlət din münasibətləri müzakirə edilib

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən Naxçıvanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dövlət – din münasibətləri: geosiyasi reallıqlar və qlobal çağırışlar kontekstində” mövzusunda konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli məclisi giriş sözü ilə açaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dini-mənəvi dəyərlərimizin yaşadılması sahəsində həyata keçirilmiş genişmiqyaslı tədbirlərin əhəmiyyətindən danışıb. O, Ulu öndərin böyük səyləri nəticəsində ölkəmizdə vicdan və etiqad azadlığının, dini təhlükəsizliyin təmin edildiyini, sağlam dini ideologiyanın formalaşdığını vurğulayıb.

Bildirilib ki, bu gün Azərbaycanda din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə uyğun həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini dəyərlərin, tolerantlığın və multikultural ənənələrin tənzimlənməsi istiqamətində sistemli iş aparılır. Artıq Azərbaycan dünyaya dövlət – din modelini təqdim edir, ölkəmizdəki dini dözümlülük və tolerantlıq nümunə kimi qəbul olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva cəmiyyətdə dini həmrəyliyin yaradılmasına, qlobal səviyyədə dinlərarası dialoqun təşviq edilməsi işinə ciddi töhfələr verir. Naxçıvanda da ölkə Prezidentinin dövlət – din münasibətlərinin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr uğurla icra edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında Azərbaycanın ötən müddətdə qazandığı nailiyyətlərdən danışaraq qeyd edib ki, Qarabağ zəfərimizə və digər qələbələrimizə təminat yaradan ən böyük amillərdən biri milli birliyimizdir. Respublikamızda dövlət – din münasibətlərinin mükəmməl modellərindən birinin yaranmasında cəmiyyətimizdəki dinlərarası harmoniya, birgəyaşayış mühiti mühüm rol oynayıb. Komitə sədri söyləyib ki, konfransın əsas missiyası da tarixi nailiyyətimiz olan dövlət – din münasibətləri modelini qorumağa və daha da möhkəmləndirməyə imkan verən ideya və təkliflərin öyrənilməsindən ibarətdir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan vətəndaşlarının vicdan azadlığı hüququnun ölkə qanunvericiliyində öz əksini tapdığını deyib. Dövlətin dinə qayğısından bəhs edən millət vəkili azad olunmuş ərazilərdə dini abidələrin abadlaşdırılmasının bunu bir daha təsdiq etdiyini söyləyib. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişafı istiqamətində qurulmuş siyasi ənənənin dinamikasının artdığını, ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini daim diqqətdə saxladığını vurğulayıb.

Konfrans işini “Dövlət-din münasibətləri: ideoloji təhlükəsizlik müstəvisində” və “Milli-mənəvi dəyərlərə qayıdış: ənənə və müasirlik” mövzusunda panellərlə davam etdirib.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Dekabr 2024 07:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri