Icma.az
close
up
RU
Naxçıvanda “Aqrar sahədə dövlət dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib

Naxçıvanda “Aqrar sahədə dövlət dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində Biznes Mərkəzində “Aqrar sahədə dövlət dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub.

Panel müzakirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, həmçinin Express Bank və “FİNCA Azerbaijan” bank olmayan kredit təşkilatının nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər. Müzakirələrdə aqrar sahəyə göstərilən dəstək alətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

XQ xəbər verir ki, müzakirələr zamanı kənd təsərrüfatında mövcud subsidiya mexanizmləri, onların tətbiqi qaydaları və elektron sistem üzərindən fermerlərə çatdırılması prosesi diqqət mərkəzində olub. Qeyd edilib ki, subsidiya mexanizmləri kənd təsərrüfatı istehsalının stimullaşdırılmasına, məhsuldarlığın artırılmasına və fermerlərin yeni texnologiyalara çıxış imkanlarının genişlənməsinə xidmət edir.

Maliyyə dəstəyi alətləri panelin əsas mövzularından biri olub. Fermerlərə təqdim edilən güzəştli kreditlər, investisiya layihələrinin maliyyələşməsi və kənd təsərrüfatı texnikası, damazlıq heyvanlar, müasir suvarma sistemlərinin alınması üçün tətbiq olunan güzəştlər barədə ətraflı məlumat verilib.

Müzakirələrin digər istiqaməti aqrar sığorta mexanizmləri olub. Fermerlərə sığortanın əhatə etdiyi risklər, təbii fəlakətlər və zərər hallarında həyata keçirilən ödəniş mexanizmləri barədə geniş izahat verilib. Sığortanın fermerlər üçün risklərin azaldılmasında mühüm rol oynadığı vurğulanıb.

Panel çərçivəsində kənd təsərrüfatı məhsullarının keyfiyyəti və təhlükəsizliyi, istehsal və satış prosesində tətbiq olunan normativlər, qida təhlükəsizliyi standartlarının fermerlər üçün əhəmiyyəti də diqqətə çatdırılıb.

Fermerlərin məşğulluq imkanlarının artırılması, kənd yerlərində işçi qüvvəsinə çıxış, təlimlər və maarifləndirici proqramların rolu da müzakirə olunan mövzular sırasında yer alıb.

Panel müzakirəsi sual-cavab sessiyası ilə davam edib. Fermerlər subsidiya, kredit, sığorta və digər dövlət dəstəyi mexanizmləri ilə bağlı çoxsaylı suallar ünvanlayıblar və mövcud imkanlardan istifadə mexanizmləri barədə praktiki bilgilər əldə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see203

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see186

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see173

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see163

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see143

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see138

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see135

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see133

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri