Icma.az
close
up
RU
Naxçıvanda “Əbədiyaşar Lider” adlı sərgi açılıb

Naxçıvanda “Əbədiyaşar Lider” adlı sərgi açılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 6 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Konstitusiya və Suverenlik İli”, eləcə də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş “Əbədiyaşar Lider” adlı sərgi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib ki, Naxçıvan Rəssamlar Birliyinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hər il olduğu kimi, bu il də naxçıvanlı rəssamlar Ümummilli Liderimizin xatirəsini 10 may ərəfəsində böyük təntənə ilə yad edirlər. Rəssamlar dahi rəhbərin həyat və siyasi fəaliyyətini öz əsərləri ilə əbədiləşdirirlər. Bu gün Naxçıvan Rəssamlar Birliyinin üzvlərinin hərtərəfli fəaliyyət göstərmələri, rəssamların mükafatlara layiq görülməsi, onlara fəxri adların verilməsi Ulu Öndərin incəsənət adamları üçün müəyyənləşdirdiyi siyasətin uğurla davam etdirilməsinin, göstərilən diqqət və dəyərin nəticəsidir.

Sonra Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Prezident təqaüdçüsü Tərlan Musayeva, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar Ulu Öndər Heydər Əliyevin mədəniyyət, incəsənət sahəsinin dirçəldilməsi, inkişafı naminə əbədiyaşar tarixi xidmətlərindən danışıblar.

Sonra sərgiyə baxış olub.

On gün davam edəcək sərgidə yağlı boya, metalişləmə, taxta üzərində yandırma, qrafika və başqa səpkili 50-ə yaxın əsər nümayiş etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri