Naxçıvanda ginekoloji müayinə aksiyasına başlanılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 12 may, AZƏRTAC
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvanda həyata keçirilən ginekoloji müayinə aksiyasının ilk günü başa çatıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ-də təşkil olunan aksiya çərçivəsində sakinlər tanınmış mama-ginekoloqlar – tibb üzrə fəlsəfə doktoru Günay Xəlilova və tibb elmləri namizədi İlham Qafarov tərəfindən müayinə olunublar.
Aksiyanın əsas məqsədi qadın sağlamlığının qorunması, ginekoloji xəstəliklərin erkən aşkarlanması, reproduktiv sağlamlıq sahəsində maarifləndirmənin gücləndirilməsi və əhaliyə ixtisaslaşmış tibbi xidmətin əlçatanlığının artırılmasıdır.
İlk gün ərzində ümumilikdə 10 qadın müayinədən keçirilib, onlara tibbi məsləhətlər verilib, zəruri hallarda əlavə müayinə və müalicə təyin olunub.
Qeyd edək ki, müayinələr mayın 12-14-də hər gün saat 10:00-dan 15:00-dək “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” PHŞ-də keçirilir.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 12 May 2026 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















