Icma.az
close
up
RU
Naxçıvanda Şəhid övladlarına dəstək tibbi müayinə aksiyasına start verilib

Naxçıvanda Şəhid övladlarına dəstək tibbi müayinə aksiyasına start verilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Ali Məclisin deputatı, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Stomatologiya kafedrasının müdiri, “İmplant-Dent-Naxçıvan” stomatoloji klinikasının baş həkimi Rauf Cəfərovun rəhbərliyi ilə "Şəhid övladlarına dəstək" tibbi müayinə aksiyasına başlanılıb.

Naxçıvan Dövlət Universitetində aksiyanın açılışı olub. Universitetin prorektoru Nicat Yaqubov və layihənin rəhbəri Rauf Cəfərov aksiyanın şəhid ailələrinin sağlamlığına, rezident və tələbələrin təcrübə qazanmasına dəstək baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

"Şərur Regional Tibb Mərkəzi" publik hüquqi şəxsində şəhid ailələri ilə müəllim, rezident və tələbələrin görüşü keçirilib. Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. "Şərur Regional Tibb Mərkəzi" publik hüquqi şəxsinin direktoru İlham İsmayılov, Ali Məclisin deputatı, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, “İmplant-Dent-Naxçıvan” stomatoloji klinikasının baş həkimi Rauf Cəfərov və universitetin Tibb fakültəsinin müəllimləri çıxış ediblər. Çıxışlarda Vətən müharibəsinin qazanılmasında Azərbaycanın qəhrəman oğullarının keçdiyi şərəfli döyüş yolundan bəhs edilib, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açılıb. 

Şəhid ailələri adından şəhid Zülal Mədətlinin atası Rəhim Mədətli, şəhid Seymur Cabbarovun atası İlham Cabbarov və şəhid Ənvər Əliyevin atası Nizami Əliyev layihəyə görə minnətdarlıq edib, aksiyanın şəhid ailə üzvlərinin, övladlarının sağlamlığına verilən önəmin təzahürü kimi qiymətləndiriblər. 

"Şərur Regional Tibb Mərkəzi" publik hüquqi şəxsində şəhidlərimizin xatirəsinə yaradılan "Vətən sizə minnətdardır" guşəsi ilə tanışlıqdan sonra aksiya başlayıb. Aksiya çərçivəsində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Stomatologiya kafedrasının müəllim, rezident və tələbələri şəhid ailə üzvləri və övladlarını ümumi həkim müayinəsi, stomatoloji müayinə və profilaktikadan keçirib, sağlamlıq haqqında ilkin məsləhətlər veriblər. Həmçinin sağlam həyat tərzi ilə bağlı maarifləndirici söhbətlər aparılıb, aksiyada iştirak edən şəhid övladlarına hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Sağlam həyat, sağlam gənclik” şüarı ilə keçirilən aksiya 27 sentyabr – Anım Gününə həsr olunub və 8 Noyabr – Zəfər Gününədək davam edəcək. Layihənin məqsədi şəhidlərimizin əziz xatirəsini yad etmək, şəhid övladlarına mənəvi dəstək olmaq, onların tibbi baxışını aparmaq və pulsuz stomatoloji xidmət göstərmək, tələbələrin həm peşəkar, həm də mənəvi baxımdan inkişafına töhfə verməkdir. Aksiya çərçivəsində muxtar respublika üzrə, ümumilikdə, 100-dən artıq şəhid övladına stomatoloji xidmət göstərilməsi nəzərdə tutulub.

Səbuhi HƏSƏNOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Sentyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri