Icma.az
close
up
RU
Naxçıvanda “Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları” mövzusunda konfrans

Naxçıvanda “Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları” mövzusunda konfrans

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Naxçıvan şəhərində muxtar respublikanın 100 illiyi çərçivəsində “Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və qurumun üzv təşkilatı - Naxçıvan Həmkarlar İttifaqı Şurasının birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.

Heydər Əliyev Sarayında təşkil edilən tədbirdə müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfrans iştirakçılarını salamlayan və təşkilatçılara təşəkkürünü bildirən Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan, xilaskarlıq missiyasından, dövlət quruculuğu siyasətindən söz açıb, Naxçıvanın həyatında dahi rəhbərin gördüyü işləri, sabitliyin təmin olunması və sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində atdığı mühüm addımları qeyd edib. O, bildirib ki, 1990-1993-cü illərdə Naxçıvanda fəaliyyət göstərən böyük şəxsiyyət bu il 100 illiyi qeyd edilən muxtar respublikanı bütün təhdidlərdən qoruyub, müstəqil dövlətçiliyimizin əsaslarını məhz burada işləyib hazırlayıb. Muxtar respublikanın inkişafının yeni dövrünə qədəm qoyduğunu diqqətə çatdıran F.Nəcəfli qeyd edib ki, bu gün Naxçıvan dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkəmizin siyasi-iqtisadi qüdrətinin yüksəlməsində yaxından iştirak edir.

Konfransda çıxış edən AHİK-in sədri Sahib Məmmədov adı tariximizə qızıl hərflərlə yazılan H.Əliyevin xalqımız və dövlətimiz üçün əsrlərə bərabər nəhəng işlər gördüyünü, gələcək nəsillərə zəngin irs, dövlətçilik ənənəsi miras qoyduğunu vurğulayıb. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən sistemli, kompleks tədbirləri qeyd edən Konfederasiya sədri xalqın xahişi və təkidli tələbi əsasında H. Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtmasından sonra həmkarlar ittifaqlarının da həyatında əsaslı dönüş yarandığını diqqətə çatdırıb. 1994-cü ildə postsovet məkanında ilk dəfə məhz Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” qanunun, işçilərin sosial müdafiəsinə yönəlmiş çoxsaylı normativ-hüquqi aktların qəbul olunması, Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyalarının ratifikasiyası Ulu Öndərin müdrik və uzaqgörən siyasətinin nəticəsi və vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəyərin təzahürüdür. Konfederasiya sədri Ümummilli Liderin siyasi kursunu cənab Prezident İlham Əliyevin böyük uğurla davam etdirdiyini vurğulayaraq ölkəmizin ərazi bütövlüyünün bərpasının, Azərbaycanın sürətli inkişafının H.Əliyev ideyalarının reallaşdırılmasının məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb. Ulu Öndərin işıqlı ideyalarının təbliği, zəngin siyasi irsinin öyrənilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd edən S.Məmmədov Fondun sosial layihələrinin həmkarlar ittifaqları üçün əsl örnək olduğunu vurğulayıb.

AHİK sədrinin müavini, Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxışında Ulu Öndərin tarixi və misilsiz xidmətlərindən bəhs edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev muxtar respublikanın 100 illik tarixi inkişaf yolundan, qazanılan uğurlarda Ümummilli Liderin əvəzsiz xidmətlərindən bəhs edib.

Sonra tədbirdə Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü və həmkarlar ittifaqlarına göstərdiyi diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Dekabr 2024 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri