Icma.az
close
up
RU
Binəqədidə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi praktik konfrans keçirilib FOTOLAR

Binəqədidə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi praktik konfrans keçirilib FOTOLAR

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

09 Aprel 2025-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili” çərçivəsində xalqımızın ümmumilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan tarixi”  mövzusunda elmi-praktik konfransın rayon mərhələsi keçirildi. 

AZXEBER.COM xəbər verir ki, konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin əməkdaşı Mirtural Mirsultanov, rayon orta ümumtəhsil müəssisələrinin rəhbərləri və  məktəblilər iştirak edirdilər.  

Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbirdən öncə qonaqlar məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.

Konfrans Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı, suvenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin Rüstəm Əliyev adına 3 № li tam orta məktəbin xorunun  ifasında səslənməsindən sonra açıq elan olundu, şeir kompazisiyası səsləndi.

Konfrans iştirakçılarını salamlayan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tədbirin gedişatına və şagirdlərə uğurlar arzu edərək bildirdi ki, keçirilən müsabiqə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndər irsinin gənc nəsil arasında təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır. Müstəqil Azərbaycan dövləti bu günki inkişaf mərhələsinə asan yolla çatmayıb. Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, ulu öndər Heydər Əliyev olmuşdur.

Konfransda çıxış  edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, milli həmrəylik və qəhrəmanlıq hisslərin aşılanması, onlarda  vətənpərvərlik ruhunun yüksəlməsi, Azərbaycanın tarixi qələbəsinin təbliğ edilməsi,  istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.  Ömrünü və bütün həyatını xalqına, dövlətə xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışının sonunda Sevinc Süleymanova məktəblilər arasında Ulu Öndər irsinin və Azərbaycan tarixinin təbliği və istedadlı gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri üçün edilən təşəbbüsə görə Bakı Şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirdi və növbəti mərhələdə şagirdlərə müvəffəqiyyətlər arzu etdi.

Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov tədbir iştirakşılarına ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu və siyasi fəaliyyəti barədə ətraflı məlumat verərək, dahi liderin keçdiyi şərəfli və mənalı həyat yolundan, dövlətimizin, xalğımızın bu günü üçün etdiyi fədakarlıqlardan söhbət açdı. Elmin İmanov müsabiqənin bundan sonrakı mərhələləri, qiymətləndirmə meyarları və layihə haqqında ətraflı məlumat verdi. Müsabiqənin gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük rolu olmasını vurğulayaraq, məktəblilərə uğurlar arzu etdi və bundan sonra da şagirdlər və gənclər arasında humanitar biliklərin artırılması sahəsində, vətənpərvərlik, doğma yurda sevgi mövzusunda layihələrin keçirilməsinin  davamlı olacağını söylədi.

Sonda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova bildirdi ki, gənclərin tarixi yaddaşının möhkəmləndirilməsində Vətən tarixinin öyrənilməsinin əhəmiyyəti böyükdür. Gənc nəslin dünyagörüşünün formalaşmasında, onlarda Vətən təəssübkeşliyinin, siyasi mənlik hisslərinin və azərbaycançılıq ideologiyasının güclənməsində, müstəqil dövlətimizin daha da inkişafında, ona sevgi və məhəbbətin artmasında ümummilli lider Heydər Əliyev milli-mənəvi irsinin öyrənilməsinin çox böyük aktual tərəfləri və elmi-nəzəri əhəmiyyəti vardır.  

Müsabiqədə təqdim olunan 5 mövzu-"Rəvvadilər dövləti”, "Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı-Kürəkçay müqaviləsi”, "Birinci Dünya müharibəsi və azərbaycanlı generallar”, "Heydər Əliyev – dövlət quruculuğu siyasəti”, "Qarabağ Zəfəri–Şəxsiyyət faktoru” mövzuları üzrə rayon ərazisində fəaliyyət göstərən  orta ümumtəhsil məktəbindən 193 nəfər şagirdin yazı işi daxil olmuş, münsiflər heyəti tərəfindən birinci mərhələdə  iştirakçılardan 20 nəfərin yazı işi qənaətbəxş qəbul edilmiş, 10 nəfər şagirdin yazı işi isə rayon mərhələsinə vəsiqə qazanmışdır .

Konfransın sonunda müsabiqənin rayon mərhələsinə vəsiqə qazanan şagirdlər təqdimatları ilə çıxış etdilər. Müsabiqədə fərqlənən iştirakçılar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Aprel 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri