Icma.az
close
up
RU
Naxçıvanda “İqtisadi inkişaf suverenliyin əsasıdır” mövzusunda elmi praktik konfrans keçirilib

Naxçıvanda “İqtisadi inkişaf suverenliyin əsasıdır” mövzusunda elmi praktik konfrans keçirilib

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İqtisadi inkişaf suverenliyin əsasıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev dövlət başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə əlaqədar Sərəncamının əhəmiyyətini vurğulayıb, Azərbaycan Respublikası Konstitusiyasının suverenliyimizin qarantı və hüquq sistemimizin əsas mənbəyi olduğunu bildirib. Qeyd edilib ki, Naxçıvan Dövlət Universitetində dövlətçiliyimizi müdafiə edən ideoloji mərkəzlərdən biri kimi “Konstitusiya və Suverenlik İli” çərçivəsində müəllim və tələbələrin iştirakı ilə bir çox müxtəlif elmi-praktik tədbirlər, respublika və beynəlxalq səviyyəli konfranslar keçirilir, araşdırmalar aparılır.

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxışında bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ağır problemlər məngənəsində olan ölkəmiz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında dirçəlməyə başladı, bazar iqtisadiyyatı formalaşdı. Qısa müddət ərzində Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitlik təmin edildi, xarici iqtisadi əlaqələr inkişaf etdirildi və özəl sahibkarlığın əsası qoyuldu. Prezident İlham Əliyevin rəhbərliyi altında daha da güclənən dövlətçiliyimiz və iqtisadi qüdrətimiz 2020-ci ildə Vətən Müharibəsində tarixi Qələbəmizi təmin edən əsas amillərdən oldu. 2023-cü ildə isə bir günlük antiterror əməliyyatı ilə erməni silahlı qüvvələrinin qalıqları torpaqlarımızdan təmizlənərək Azərbaycan Respublikasının suverenliyi tam şəkildə bərpa edildi.

Bu gün ölkəmiz Prezident cənab İlham Əliyevin diqqəti və qayğısı ilə mövcud qlobal çağırışlar fonunda uğurla inkişaf edir. Xüsusilə biznes mühiti və sahibkarlıq fəaliyyətinin şaxələndirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Azad rəqabət mühitinin təkmilləşməsi, resurslara bərabər çıxış imkanlarının yaradılması, dövlət dəstəyi mexanizmlərinin effektivliyinin gücləndirilməsi üçün kompleks tədbirlər görülür. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı istiqamətində, xüsusilə 2004-cü ildən etibarən qəbul olunmuş dövlət proqramlarının icrası nəticəsində, Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, eləcə sosial infrastrukturun yaxşılaşdırılması sahəsində böyük uğurlar əldə olunmuşdur. Bu tədbirlər regionun mövcud potensialını gücləndirməklə yanaşı, Naxçıvanın gələcək inkişafı üçün də mühüm əsaslar yaratmışdır.

Tədbirdə “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov “Suveren iqtisadi siyasətdə yeni mərhələ:rəqəmsal transformasiya və dayanıqlı inkişaf”, Naxçıvan Dövlət Universitetinin Mühasibat və maliyyə kafedrasının dosenti Mehriban İmanova “Heydər Əliyev irsində maliyyə siyasəti və iqtisadi suverenlik modelləri”, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə “Regional inkişaf trayektoriyası: nailiyyətlər və gələcəyə baxış”, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Zahid Qənbərov “Suveren Azərbaycan iqtisadiyyatında müasir vergi sisteminin transformasiyası” adlı məruzələrlə çıxış ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see202

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see156

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri