Icma.az
close
up
RU
Paşinyan Moskvanın aqressiyasından azad olmaq məqsədilə Rusiyaya səfərdədir ŞƏRH

Paşinyan Moskvanın aqressiyasından azad olmaq məqsədilə Rusiyaya səfərdədir ŞƏRH

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya səfərində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. 

Uzun müddətdir ki, soyuq münasibətləri olan bu iki ölkə liderinin görüşü siyasi ekspertlər tərəfindən necə dəyərləndirilir?

Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi ki, səfər əsasən Rusiya ilə münasibətlərin normallaşdırılması cəhdinə yönəlib:

"Paşinyan bir tərəfdən çalışır ki, Ermənistan qonşu ölkələrlə sülh yaratsın, bölgədə sülh bərpa olunsun, Ermənistan blokadadan çıxsın, Azərbaycan və Türkiyə ilə sərhədlər açılsın, iqtisadi və siyasi münasibətlər bərpa edilsin. Lakin bu prosesdə Rusiyanın bölgədə apardığı siyasət əks istiqamətdədir. Məsələn, Moskva müharibənin davam etməsini və gecikmədən müəyyən fayda əldə etməyi məqsəd qoyub. Bu baxımdan Paşinyanın Vaşinqtondakı görüşləri, xüsusən Trampın iştirakı ilə baş tutması Rusiyanı narahat edir. Digər tərəfdən, Paşinyan bilir ki, Rusiyanın narazılığı Ermənistan hakimiyyətində dəyişiklik cəhdlərinə səbəb ola bilər. Bunun üçün o, müxalifətlə əməkdaşlıq edir və səfərlərlə, diplomatik təşəbbüslərlə vəziyyəti tənzimləməyə çalışır. Rusiyada erməni diasporu və keçmiş Qarabağ klanı, habelə Rusiya ilə yaxın əlaqəsi olan keçmiş erməni rəhbərlər Paşinyana qarşı media kampaniyası aparır və Ermənistanda hakimiyyət böhranı yaratmağa çalışırlar. Moskva bu yolla Paşinyanı devirməyə çalışır, lakin Paşinyan maksimum müqavimət göstərir".

Politoloq əlavə etdi ki, Paşinyan Rusiya ilə münasibətləri yumşaltmaq məqsədilə vaxtaşırı səfərlər edir, məsələn 9 mayda, indi iştirak etdiyi tədbirlərdə o, Moskvanın Ermənistanın sülh və iqtisadi gündəliyinə qarışmamasını təmin etməyə çalışır.

"İndiki halda, Paşinyanın nüvə sammitində iştirakı Ermənistana birbaşa fayda vermir. Onun əsas məqsədi Rusiya ilə münasibətləri normallaşdırmaqdır. Paşinyan açıq şəkildə bəyan edib ki, Ermənistanın mövcud atom layihələrinin Rusiyanın nəzarətindən çıxarılmasının tərəfdarıdır. Eyni zamanda ABŞ ilə danışıqlar apararaq mini atom elektrik stansiyasının qurulmasını və bunun ABŞ nəzarəti altında fəaliyyət göstərməsini planlaşdırır. Bu, Ermənistanın enerji tələbatını təmin etmək və Rusiyanın səmərəli müdaxiləsini məhdudlaşdırmaq üçündür. Beləliklə, Paşinyan daha çox Rusiya ilə Qərb arasında balans yaratmaq və Moskvanın aqressiyasından azad olmaq məqsədilə bu səfərdədir, nüvə məsələsi isə onun üçün əsas prioritet deyil", - deyə Turab Rzayev vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Sentyabr 2025 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri