Naxçıvanda istehlakçılara 2,4 milyon manat ƏDV məbləği geri qaytarılıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvan, 20 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2025-ci ilin yanvar ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 32,4 milyon manat təşkil edib. Bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 13,3 faiz çoxdur.
Naxçıvanda ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. İndiyədək muxtar respublikada “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 11,9 faiz artaraq 145,9 min manat olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















