Naxçıvanda istehlakçılara 3,9 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən təqdim olunan tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan “ƏDV geri al” mexanizminin tətbiqi Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir.
Bu ilin yanvar – noyabr ayları ərzində muxtar respublika üzrə istehlakçılara 1,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz çoxdur. Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,9 milyon manatdan çox olub.
Yeni nəsil nəzarət – kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 11 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 457 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 91 milyon manat və ya 24,9 faiz çoxdur.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 15 Dekabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















