Naxçıvanda istehlakçılara 3,4 milyon manatdan çox ƏDV məbləği qaytarılıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan, 11 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” mexanizminin tətbiqi uğurla həyata keçirilir.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək layihə çərçivəsində istehlakçılara 3,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar–avqust aylarında istehlakçılara qaytarılan məbləğ isə ötən ilin eyni dövrünə nisbətən 26 faiz artaraq 1,1 milyon manatdan çox olub.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2025-ci ilin yanvar–avqust aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 317 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 11 Sentyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















