Naxçıvanda Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin binası tikiləcək
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan, 27 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin binasının layihələndirilməsi xidmətinin satınalınmasına başlayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, uyğun layihə seçildikdən sonra binanın tikintisinə start veriləcək.
Yeni binanın tikintisi Mərkəzin fəaliyyətlərinin daha da genişlənməsinə xidmət edəcək.
Hazırda nazirliyin binasında yerləşən Laboratoriyalar Mərkəzi fermerlərə torpaq analizlərinin, aqrokimyəvi analizlərin aparılması ilə bağlı xidmətlər göstərir.
Qeyd edək ki, torpaq analizləri aqrar subsidiyaların alınması üçün vacib prosedurlardandır.
Bu mövzuda digər xəbərlər:Nazir müavini Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin və elmi tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub
25 Aprel 2025 18:26
Kənd təsərrüfatı naziri Naxçıvanda səfərdədir
14 Avqust 2025 21:29
Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”?
08 Sentyabr 2025 15:05
Naxçıvanda kənd təsərrüfatı istehsalı 1 % artıb
16 Dekabr 2024 15:56
Naxçıvanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi yaradılır
22 Avqust 2025 10:25
Baxış sayı:105
Bu xəbər 27 Avqust 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















