Icma.az
close
up
RU
Nazir müavini Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin və elmi tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub

Nazir müavini Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin və elmi tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 aprel, AZƏRTAC

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Naxçıvan Muxtar Respublikasında Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzinin fəaliyyəti ilə tanış olub. Görüşdə laboratoriyaların fəaliyyəti, burada quraşdırılan müasir avadanlıqlar, aparılan analizlər barədə məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, laboratoriyaların müasir texnologiyalarla təchiz edilməsi torpaq nümunələrinin sürətli və dəqiq analizinin aparılmasına imkan verir. Elçin Zeynalov müasir laboratoriyaların kənd təsərrüfatı sahəsinin inkişafına müsbət təsir göstərəcəyini və istehsal olunan məhsulların keyfiyyətinin yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.

Sonra nazir müavini Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda inkubasiyaya qoyulmuş ipəkqurdu toxumlarına baxış keçirib. Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda ənənəvi məşğuliyyət növü olan baramaçılıq və ipəkçiliyin bərpa edilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə ötən il Çin Xalq Respublikasından 30 qutu ipəkqurdu toxumu gətirilib. Gətirilən toxumlar Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda inkubasiyaya qoyulub, alınan ipək qurdları kümçülərə əvəzi ödənilmədən paylanılıb.

Bundan başqa, ipək qurdlarının yemə olan tələbatının ödənilməsi məqsədilə yeni tut bağlarının salınmasına başlanılıb. Eyni zamanda, kümçülərin bilik və bacarıqlarının artırılması məqsədilə mütəxəssislərin iştirakı ilə kümçülər üçün təlimlər təşkil olunub, aqrozootexniki tələblərə uyğun kümxanaların hazırlanması ilə bağlı onlara tövsiyələr verilib. Nəticədə 2024-cü ildə muxtar respublika üzrə ümumilikdə 1,1 ton barama istehsal olunub. Cari ildə Naxçıvan Muxtar Respublikasında 40 qutu ipəkqurdu toxumu builki mövsümdə kümçülərə paylanması üçün inkubasiyaya qoyulub. May ayının əvvəllərində inkubasiya prosesi başa çatdıqdan sonra ipəkqurdu toxumları kümçülərə paylanacaq.

Daha sonra nazir müavini Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb, öz tapşırıq və tövsiyələrini verib. Görüşdə Naxçıvanda kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər və gələcək perspektivlər barədə müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri