Naxçıvanda “Media aktiv” layihəsi həyata keçiriləcək
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 30 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Media-aktiv” layihəsinin icrasına başlanılır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 8–18 iyul tarixlərini əhatə edəcək layihə çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu, futzal, şahmat və stolüstü tennis yarışları təşkil ediləcək.
Layihə media nümayəndələri arasında sağlam və aktiv həyat tərzinin təbliği, dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, eyni zamanda Milli Mətbuat Gününün 150 illiyinin birgə və mənalı şəkildə qeyd olunması məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:Naxçıvanda media konfransı
09 İyul 2025 10:26
Naxçıvanda “Media Savadlılığı” mövzusunda təlim
16 Dekabr 2024 16:12
Media tədqiqatçıları Naxçıvanda tələbələrlə görüşdü Fotolar
31 May 2025 12:28
Naxçıvanda Parlaq gələcək naminə layihəsi həyata keçirilib AZƏRTAC
19 Dekabr 2024 23:21
Naxçıvanda qarölçmə işlərinə başlanıldı Yeni Çağ Media
06 Dekabr 2024 22:05
Baxış sayı:109
Bu xəbər 30 İyun 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















