Icma.az
close
up
RU
Naxçıvanda Parlaq gələcək naminə layihəsi həyata keçirilib AZƏRTAC

Naxçıvanda Parlaq gələcək naminə layihəsi həyata keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan, 19 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin, “WeFinix” Təlim Mərkəzinin birgə təşkilatçılığı və “Günəş” Uşaq Akademiyasının iştirakı ilə muxtar respublikanın məktəblərində maarifləndirici xarakterli silsilə tədbirlər keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, "Parlaq gələcək naminə" layihəsi çərçivəsində keçirilən tədbirlərin məqsədi uşaq hüquqlarına dair Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsiplərini rəhbər tutaraq, uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə, bu sahədə məlumatlılığın artırılmasına və eyni zamanda uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasına nail olmaqdır.

Dekabr ayının 2-də start verilən layihə bu gün başa çatıb.

Tədbirlər Naxçıvan şəhərinin 8 nömrəli, Babək rayonunun Nehrəm qəsəbə 2 nömrəli, Şahbuz rayonunun Badamlı qəsəbə, Kəngərli rayonunun Xıncab kənd, Culfa rayonunun Saltaq kənd, Şərur rayonunun Yengicə kənd, Sədərək rayonunun Qaraağac kənd tam orta məktəblərində və M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində keçirilib.

“Məktəbdə uşaq hüquqları”, “Narkomaniyaya qarşı mübarizə”, “Uşaq əməyinin istismarının qarşısının alınması”, “Uşaq hüquqlarının qorunması prinsipləri”, “Uşaqları zərərli informasiyalardan qoruyaq”, “Uşaqların sağlam ətraf mühitdə yaşamaq hüququ”, “Ailədə uşaq hüquqları” və “Uşaq hüquqlarının müdafiəsi sahəsində ombudsmanın və insan hüquqları təsisatlarının rolu” mövzularında təşkil edilən tədbirlərdə müvafiq məktəblərin direktorları, aidiyyəti vəzifəli şəxsləri və şagirdlər iştirak edib.

Tədbirlərdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, muxtar respublikanın təhsil, ədliyyə, daxili işlər, ekologiya və təbii sərvətlər, rabitə və yeni texnologiyalar nazirliklərinin əməkdaşları, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin idarə heyətinin həmtəsisçisi və idarə heyətinin sədri Esmira Tağıyeva, “WeFinix” Təlim Mərkəzinin təsisçisi və direktoru Şəhla Abdulla, "Günəş" Uşaq Akademiyasının təsisçisi və direktoru Ulduz Əliyeva çıxış ediblər.

Çıxışlarda uşaq hüquqları ilə bağlı ölkədə mövcud olan qanunvericilik bazasından, bununla bağlı qəbul edilən dövlət proqramlarından, uşaqları fiziki və mənəvi sağlamlığına təsir edən zərərli vərdişlərdən, informasiyalardan və əməyin istismarından qorumağın yollarından bəhs edilib, habelə uşaq hüquqlarının müdafiəsi sahəsində ombudsmanın və insan hüquqları təsisatlarının rolu vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see277

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see182

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see139

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see130

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see129

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see128

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see125

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see123

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see120

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri