Naxçıvanda müəllimin şagirdi döyməsi ilə bağlı iddialara RƏSMİ CAVAB
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Babək rayonunun Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Fərəcova Zəhra Şahin qızının məktəbin müəllimi Etibar Əhmədov tərəfindən döyülməsi ilə bağlı iddialar sosial mediada geniş müzakirəyə səbəb olub.
Yayılan iddialara aydınlıq gətirmək üçün Bizim.Media Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirlikdən verilən məlumata görə, Babək Rayon Təhsil Şöbəsi tərəfindən məsələ ilə bağlı araşdırmaya başlanılıb:
“Məsələ ilə bağlı hüquq - mühafizə orqanlarına müraciət edilib. Araşdırma yekunlaşdıqdan sonra şagirdin döyülmə faktı və digər qanunazidd davranışlar öz təsdiqini taparsa, qanunauyğun qaydada cəza tədbiri görüləcək”, - deyə bildirilib.
Əlavə olaraq Nazirlikdən bildirilib ki, bu və ya buna bənzər hadisələr və onların nəticələri qanunauyğun qaydada araşdırılmadan və şagirdin yaş psixologiyası nəzərə alınmadan ictimailəşdirilməsi şagirdin sonrakı yaş dövründə psixoloji əhval-ruhiyyəsinə, müəllim və məktəbin nüfuzuna xələl gətirir. Qeyd olunan nüansın daima nəzərə alınması ümumi mənafeyə uyğundur.
Aygün Hüseyn, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 17 Noyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















