Icma.az
close
up
RU
Naxçıvanda Narkotikə yox layihəsi üzrə növbəti təlim Culfada keçirilib

Naxçıvanda Narkotikə yox layihəsi üzrə növbəti təlim Culfada keçirilib

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvan Muxtar Respublikasında "Naxçıvan gənclərinin sağlamlığı naminə "Narkotikə yox" təşəbbüsü” layihəsinin növbəti təlimi Culfa rayonunda baş tutub. 

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşan "Naxçıvan gənclərinin sağlamlığı naminə "Narkotikə yox" təşəbbüsü adlı layihə çərçivəsində keçirilən bu təlim Muxtar Respublikada baş tutan sayca dördüncüdür. 

Culfa rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsal Möhbalızadə qonaqları salamlayaraq, layihənin məqsədi barədə məlumat verib. Culfa rayon prokurorunun köməkçisi, ikinci dərəcəli hüquqşünas Heydər İbrahimli belə təlimlərin keçirilməsinin gənclərin həyatındakı mühüm rolundan danışıb. 

Layihə rəhbəri, "Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev gəncləri salamlayaraq layihə mövzusunun aktuallığı barədə danışıb. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra təlimə start verilib. İlk olaraq təlim iştirakçılarına pre-testlər paylanılıb, sorğunun mahiyyətindən danışılıb. 

Sonra söz təlimçi, psixoloq Çapay Quliyevə verilib. Təlimçi narkotiklərin fərdi və ictimai təsirləri, asılılıq anlayışı və mərhələləri, gənclər arasında narkotik riskləri, sosial və psixoloji dəstək yolları mövzularında ətraflı çıxış edib. O, zərərli vərdişlərin mənfi fəsadları, o cümlədən həyatımıza, sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə gəncləri məlumatlandırıb. 

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iştirakçılara post-testlər paylanılaraq iştirakçılar tərəfindən sorğu cavablandırılıb. Təlim iştirakçılarının suallarına aydınlıq gətirilib. 

Yekunda hərbi jurnalist Səxavət Məmmədin yeni çapdan çıxan "Savaş və Duman” kitabı təlim zamanı fərqlənən iki nəfər iştirakçıya hədiyyə edilib. Yekun təlim 26 iyulda Ordubad rayonunda baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyul 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see281

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see223

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see185

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see133

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri