Icma.az
close
up
RU
Naxçıvanda nə baş verir? Talıbovları himayə edən qruplaşma var ŞOK İTTİHAM

Naxçıvanda nə baş verir? Talıbovları himayə edən qruplaşma var ŞOK İTTİHAM

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun cəmiyyət arasında olmaması diqqət çəkir. Bəzi iddialara görə o, ölkədən kənardadır. Son vaxtlar heç oğulları da görünmür. Hətta kiçik oğlu Seymur Talıbovun yerinə də deputat seçilən olmadı. 

Naxçıvanın sabiq rəhbəri hardadır? 

Üstəlik Naxçıvanda idarəetmədə paralellik var. Həm Fuad Nəcəfli, həm Ali Məclis Muxtar Respublikanı idarə edir. Bu, qeyri-müəyyənlik yaratmır?

Globalinfo.az-a açıqlama verən siyasi şərhçi Heydər Oğuz bildirib ki, Vasif Talıbov atasının evindədir, barəsində veriləcək siyasi qərarı gözləyir.

H.Oğuz bir sıra məsələlər toxunub:

“Bir sözlə, o və övladları Azərbaycanda hökm sürən “biz ki, deyilik rəiyyət, bizlərə nə şəriət” toxunulmazlığından geninə-boluna istifadə edirlər. Təsəvvür edin, Naxçıvanın sabiq maliyyə nazirinin və Gömrük Komitəsinin rəsmisinin məhkəməsi keçirilir. Sabiq nazir mənimsəməkdə ittiham olunduğu 141 milyon manatın 1 qəpiyinə də toxunmadığını, toplanan bütün pulların son quruşuna qədər Vasif Talıbovun kiçik oğlu Seymura çatdığını bildirir. Amma hakim Seymur Talıbovu heç olmasa şahid qismində belə məhkəməyə çağırmır. Yeyintinin bütün məsuliyyətini sabiq nazirlə, DGK-in keçmiş rəsmisinin boynuna yükləyib, onlara 12 il iş kəsir. Sonra da həmin işi 4 il 6 ay şərti cəzaya çevirib, bir növ, təqsirləndirilən şəxsə də “sus payı” azadlığı verir”.

Heydər Oğuzun fikrincə, “eşşəyin əvəzinə palanın döyülməsi” təkcə Naxçıvan MR-ə xarakterik yanaşma deyil:

“Bənzər cəzalandırılmaları biz Azərbaycanın bütün sahələrində görə bilərik. Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mənimsədiyi milyardlarla manatın cəzasını indi onun vaxtında nazirliyin aparat rəhbəri işləmiş Əjdər Ol təkbaşına çəkmirmi? Yaxud MTN-nin keçmiş rəhbəri Eldar Mahmudovun törətdiyi bütün cinayətlərə baxmayaraq çöldə əlini-qolunu sallaya-sallaya gəzmirmi? Sanki Azərbaycanda iri məmurların üzərində qeyri-qanuni toxunulmazlıq kəməri var və bu kəmər onun qurbanlıq quzu kimi fəaliyyət göstərən işçiləri, təhkimçiliyində olan şəxslərdir. Nazirin bütün günahlarının cəzasını öz təhkimçiləri çəkir. İş o yerə çatıb ki, Naxçıvanın keçmiş rəhbərliyinin zorla vətəndaşların əlindən aldıqları mülkiyyətlər belə əsl sahibinə qaytarılmır. Vasif Talıbovun zamanında Naxçıvanda Razi adlı bir iş adamı var idi. Adamın mağazası ilə birlikdə evlərini, maşınlarını, fermasını da əlindən almışdılar. 2 ildən çoxdur ki, bu adam Seymur Talıbov tərəfindən zəbt olunmuş əmlaklarını geri ala bilmir. Dünən mənə zəng edən iş adamı mülkiyyət hüququnu bərpa edə bilmədiyi üçün Seymuru məhkəməyə verdiyini bildirdi. Görünür, Azərbaycanın məhkəmə-hüquq sistemində iri məmurlar üçün “mənimsədiyi hər şey halaldır” məntiqli yazılmamış qanunlar var və heç kim, xüsusilə də Naxçıvanın rəhbərliyi bu qanundan kənara çıxa bilmir”.

O ki qaldı Naxçıvanda paralel idarəetmənin mövcudluğuna, Heydər Oğuz bu iddia ilə razılaşmır.

Onun dediklərinə görə, Naxçıvan Ali Məclisi xüsusi nümayəndəliyin notarial kontoruna çevrilib:

“Düzdür, Vasif Talıbovun yerinə hələ də heç kimi seçməyiblər. Yəqin ki, bu vəzifə daha 3 il boş qalacaq. Çünki ora vəzifəyə Bəxtiyar Məmmədov adlı birini qoymaq istəyirdilər. Amma bu təyinat Naxçıvan MR Konstitusiyasına zidd idi. Konstitusiyaya görə, Naxçıvan Ali Məclisinə ancaq son 5 il ərzində sərasər Muxtar Respublikada yaşayan biri seçilə bilər. Bəxtiyar Məmmədov isə 1.5 ildir ki, Naxçıvanın qeydiyyatına düşüb. Xüsusi nümayəndənin bu planından əvvəlcədən xəbər tutan bəzi media orqanlarının haray-qışqırığından, hayqırışlarından sonra Bəxtiyar Məmmədovu sədr seçə bilmədilər. Məcburən onu sədrin birinci müavini elan etdilər və faktiki rəhbərliyini təsdiqləməyi isə 3.5 il sonraya ertələdilər”.

H.Oğuzun fikrincə, faktiki olaraq xüsusi nümayəndədən mandatını alan Bəxtiyar Məmmədovun öz himayədarının sözünün üstünə söz demək ixtiyarı yoxdur:

“O, nə indi, nə də “həqiqi legitimliyini” qazandığı 3.5 ildən sonra Fuad Nəcəflinin iradəsinə qarşı gedə bilməz. Sadəcə, onun hazırladığı sənədlərə qol çəkib möhür vurmaqla, bir növ, notarial xidmət görəvini davam etdirəcək. Yəni Ali Məclisin sədri kimi yox, Fuad Nəcəflinin şəxsi dəftərxana müdiri kimi fəaliyyət göstərəcək”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri