Icma.az
close
up
RU
Naxçıvanda ölkə birincisi olmuş voleybolçularla görüş olub

Naxçıvanda ölkə birincisi olmuş voleybolçularla görüş olub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 4 iyun, AZƏRTAC

“Möminə xatun” komandası 16 yaşadək qız voleybolçuların Azərbaycan çempionatının qalibi, 14 və 18 yaşadək oğlanlardan ibarət “Naxçıvan” komandaları isə ölkə çempionatının bürünc medalçıları olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 4-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli komandaların üzvlərini qəbul edib.

Fuad Nəcəfli voleybolçu qızların ilkə imza ataraq qazandığı bu uğuru müstəqillik illərində Naxçıvanda idman sahəsində qazanılmış ən böyük nəticələrdən biri kimi qiymətləndirib, qələbənin bütün muxtar respublika ictimaiyyətinin sevincinə səbəb olduğunu bildirib və təbriklərini çatdırıb.

Səlahiyyətli nümayəndə qısa zamanda böyük nəticələr əldə olunmasına görə Azərbaycan Voleybol Federasiyası Naxçıvan filialına və komandaların məşqçi heyətinə təşəkkür edib. Qeyd edib ki, ciddi hazırlıq, yüksək nizam-intizam və böyük zəhmət uğurun əsasıdır. Əzmkar qələbəsi ilə gənclərimiz həm də mənəvi hazırlığını, inamını və komanda ruhunu ortaya qoyub. Bu uğur həm də gənclər arasında idmanın kütləvi xarakter almasının, xüsusilə qadınların idmana marağının artmasının real göstəricisidir.

Fuad Nəcəfli Naxçıvanda idman infrastrukturunun yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bildirib ki, hazırda muxtar respublikada digər sahələrdə olduğu kimi, idman sferasında da islahatlar aparılır, infrastrukturun yenilənməsi məqsədilə addımlar atılır. Bütün bunlar gələcəkdə uğurların davam etdirilməsinə daha geniş imkanlar açacaq.

Azərbaycan Voleybol Federasiyası Naxçıvan filialının direktoru Vüqar Əliyev Naxçıvanda voleybolun inkişafına göstərdiyi dəstəyə görə səlahiyyətli nümayəndəyə və Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə minnətdarlıq edib. Bildirib ki, Naxçıvanda voleybol idman növünün elmi əsaslarla inkişaf etdirilməsi və idarəetmənin səmərəli təşkili ilə bağlı 2023-cü ilin sentyabr ayından etibarən bir çox islahatlar aparılıb, 2025-ci ilin may ayında Azərbaycan Voleybol Federasiyasının Naxçıvan filialı yaradılıb. Son dövrdə muxtar respublikada bir çox yüksəksəviyyəli idman yarışları keçirilib, Naxçıvan voleybolçuları bu yarışlarda uğurlu nəticələr əldə edib. Nəticədə, bir neçə oyunçu milli komandaların heyətinə cəlb olunub.

Görüşdə Voleybol Federasiyası Naxçıvan filialının baş katibi Rahil Tahirli, “Möminə xatun” komandasının baş məşqçisi Səməd Əkbəri və digər məşqçi heyətinin Naxçıvanda voleybolun inkişafındakı xidmətləri xüsusi qeyd edilib.

“Möminə xatun” komandasının baş məşqçisi Səməd Əkbəri, komandanın kapitanı Həlimə Hüseynli yarış barədə təəssüratlarını bölüşüb, ölkə kubokunu Naxçıvana gətirdiklərinə görə qürur və sevinc hissləri keçirdiklərini, daha böyük qələbələrə ruhlandıqlarını bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri