Icma.az
close
up
RU
Naxçıvanda sahibkarlarla görüş keçirilib

Naxçıvanda sahibkarlarla görüş keçirilib

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Dekabrın 11-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun iştirakı ilə muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən tədbirlərlə bağlı təqdimat olub. Təqdimatda dövlət dəstəyi və güzəşt paketləri mexanizmləri barədə məlumat verilib.

Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı ilə Naxçıvanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində mühüm layihələrin icrasına başlanılır. 2026-cı ildən etibarən 10 il müddətində Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi, gömrük və sosial güzəştlər tətbiq olunacaq. Bu imtiyazlar muxtar respublikada sahibkarlar üçün əlavə üstünlüklər yaradacaq, yeni iş yerlərinin yaradılmasına, istehsal və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

2025-ci ilin 11 aylıq makroiqtisadi göstəricilərini təhlil edən səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, ÜDM istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb. Qeyd olunan dövrdə istehsal olunan sənaye məhsulunun həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faizdən çox olub.

Ceyhun Cəlilov Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini, dəmiryolu infrastrukturunun qurulmağa başlanıldığını vurğulayaraq bildirib ki, bu da turizmin və digər sahələrin canlanmasına şərait yaradacaq, nəticədə iş adamları investisiya qoyuluşu üçün yeni imkanlar əldə edəcəklər.

Səlahiyyətli nümayəndə muxtar respublikada dövlət proqramlarının və digər layihələrin icrası çərçivəsində görülən işlərdən danışıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov çıxış edərək sahibkarlıq sahəsində mövcud problemlər, qarşıda duran vəzifələr və gözlənilən nəticələrdən danışıb.

Görüşdə sahibkarların təklifləri dinlənilib, problemlərin həlli istiqamətində görüləcək işlər müzakirə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Dekabr 2025 07:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri