Icma.az
close
up
RU
Naxçıvanda sahibkarların bəzi vergilərdən azad olunması təklif edildi

Naxçıvanda sahibkarların bəzi vergilərdən azad olunması təklif edildi

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçmiş və əsas fəaliyyəti muxtar respublikada olan sahibkarların 10 il müddətinə əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad edilməsi təklif olunub. 

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Vüqar Abbasov “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” adlı tədbirdə geniş təkliflər paketi ilə bağlı çıxış edib. 

V.Abbasov bildirib ki, paytaxt Bakı ilə yalnız hava nəqliyyatıvasitəsilə əlaqəsi olan Naxçıvan sahibkarları Azərbaycanın digər bölgələrindəki sahibkarlardan fərqli olaraq, hər tıra görə əlavə 4 min manat xərc çəkir.

Bu isə nəticədə məhsulların rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Buna görə də, nəqliyyat xərclərinin subsidiyalaşdırılmasını təklif edən V.Abbasov ixracyönümlü müəssisələrə əcnəbi kadrların cəlb edilməsi üçün miqrasiya qanunvericiliyinin asanlaşdırılması məsələsini də diqqətdə saxlamağın vacibliyini vurğulayıb.  

Onun sözlərinə görə, Naxçıvanda sahibkarlarının irəli sürdüyü təkliflər arasında ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələrinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalının gələn ilin yanvarın 1-dən başlayaraq 10 il müddətinə ƏDV-dən azad edilməsi də yer alır.

“Muxtar Respublikadakı ticarət və xidmət sektorunda isə istehlakçılara ƏDV-nin daha yüksək faizlə qaytarılması təklif olunur. Bu təşəbbüslər sahibkarların fəaliyyətini stimullaşdırmaq və iqtisadi inkişafı daha da gücləndirmək məqsədi daşıyır”, - deyə V. Abbasov qeyd edib.

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydasında müəyyən olunan praktikanın Naxçıvanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinə də tətbiqi, Sahibkarlağın İnkişafı Fondunun (SİF) vəsaitləri hesabına verilən biznes kreditləri üzrə Naxçıvan Muxtar Respublikasına xüsusi kvotanın ayrılması da təklif olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see183

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see162

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see154

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see152

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see147

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see144

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri