Icma.az
close
up
RU
Naxçıvanda yerli sahibkarların iştirakı ilə müşavirə keçirilib

Naxçıvanda yerli sahibkarların iştirakı ilə müşavirə keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Naxçıvanda yerli sahibkarların iştirakı ilə müşavirə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 2025-ci ilin yanvar-avqust ayları üzrə muxtar respublikada əldə olunan makroiqtisadi göstəriciləri müşavirə işitrakçılarının diqqətinə çatdırıb. Bildirib ki, qeyd olunan dövrdə ümumi daxili məhsul istehsalı 1 milyard 64 milyon 598 min 400 manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artıq göstəricidir. Hesabat dövründə 343 milyon 6 min 900 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricini 19,1 faiz üstələyir. Həmçinin iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala bir il öncəki göstəricidən 42,4 faiz çox, 122 milyon 629 min 300 manat vəsait yönəldilib. Sosial və iqtisadi sahələrin digər sferalarında da mühüm artımların olduğunu bildirən səlahiyyətli nümayəndə vurğulayıb ki, bu göstəricilər sahibkarlar üçün əlverişli mühitin formalaşdığını, rəqabətədavamlı məhsul istehsalına və xidmətlərin keyfiyyətinin artırılmasına mühüm şərait yaradıldığını təsdiq edir.

Fuad Nəcəfli bildirib ki, muxtar respublikada fəaliyyət göstərən sahibkarlar üçün daha əlverişli və perspektivli mərhələyə qədəm qoyuruq. Dövlət başçımızın qətiyyəti sayəsində regionda proseslərin normallaşması istiqamətində əldə olunan razılaşma, Zəngəzur dəhlizinin reallaşması, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası Naxçıvanı mühüm logistika mərkəzinə və investisiya zonasına çevirəcək. Yerli sahibkarlar yaranacaq bu imkanlara, o cümlədən yeni investisiya mühitinə hazır olmalı, rəqabətə davam gətirəcək addımlar atılmalıdır. Bunun üçün isə növbəti mərhələdə daha geniş perspektivlər açılır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülür. 2026-cı ildən icrası nəzərdə tutulan layihəyə uyğun olaraq sahibkarlar 10 il müddətində tətbiq olunacaq güzəştlərdən yararlana biləcəklər. Həmçinin muxtar respublika ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanacaq. Bu təşəbbüs bölgədə heyvandarlıq məhsullarının keyfiyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə əlverişli şərait yaradacaq.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası idarə heyətinin sədri Vüqar Abbasov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək tətbiq olunacaq gömrük və ticarət güzəştlərini muxtar respublikada sahibkarlığın inkişafına göstərilən mühüm dəstək kimi dəyərləndiriblər.

Sahibkarlar çıxış edərək muxtar respublikada azad sahibkarlıq mühitinin formalaşmasına, bu istiqamətdə şəffaflığın təmin olunmasına və göstərilən dəstəyə görə, minnətdarlıqlarını bildiriblər.

Müşavirədə sahibkarların təklifləri dinlənilib, logistikanın subsidiyalaşdırılması, dövriyyə vəsaitlərinin maliyyələşdirilməsinə maliyyə institutlarının cəlbi, dövlət satınalmlarında yerli sahibkarlara dəstək göstərilməsi istiqamətində görüləcək işlər və mövcud problemlər müzakirə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2025 07:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see312

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see216

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see199

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see191

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see190

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see153

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see143

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see129

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see125

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see120

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri