Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Naxçıvanda istedadlı şagirdlərlə görüş keçirilib

Naxçıvanda istedadlı şagirdlərlə görüş keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 22 aprel, AZƏRTAC

Aprelin 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur Şəhər Fizika Riyaziyyat Təmayüllü Liseydə muxtar respublika və ölkə üzrə keçirilən olimpiadaların finalçıları və buraxılış imtahanlarında yüksək nəticə göstərən istedadlı şagirdlərlə görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səlahiyyətli nümayəndə görüşdə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə təhsilin davamlı inkişafını, maddi-texniki təminatın yüksəldilməsini daim diqqətdə saxladıqlarını, bu istiqamətdə böyük addımlar atıldığını bildirib. Qeyd olunub ki, Prezidentin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da təhsilin inkişafı əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Muxtar respublikada məktəblər ən müasir tələblər əsasında qurulur, elektronlaşma, kompüterləşmə prosesləri davam etdirilir.

Səlahiyyətli nümayəndə olimpiadalarda və buraxılış imtahanlarında yüksək nəticə göstərmiş şagirdləri təbrik edib, onların müəllim və valideynlərinə təşəkkürünü bildirib, hər bir şagirdə dərslərində, imtahanlarında və gələcək həyatlarında daha böyük uğurlar arzulayıb.

Buraxılış imtahanlarında 300 bal toplayaraq maksimum nəticə göstərmiş Səma İsmayılova və İbrahim Heydərov, eləcə də imtahan və olimpiadalarda fərqlənən şagirdlərin hər biri uğurlarından danışıb, gələcək arzularını və məqsədlərini diqqətə çatdırıb, yaxşı təhsil almaları üçün yaradılan yüksək şəraitə görə minnətdarlıq ediblər.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov şagirdlərin ölkə və beynəlxalq səviyyəli olimpiadalarda iştirakı ilə bağlı görülmüş işlər, nəticələrin əvvəlki illərlə müqayisəli təhlili və qarşıda duran vəzifələrlə bağlı məlumat verib. Nazir qeyd edib ki, 2024-2025-ci tədris ilində 11-ci siniflər üzrə buraxılış imtahanlarında 466 şagird 200-dən, 302 şagird 250-dən yuxarı bal toplayıb, 2 nəfər maksimum nəticə əldə edib. Təhsil naziri diqqətə çatdırıb ki, ölkəmizin ümumtəhsil məktəbləri 2018-ci ildən PISA Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak edir. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri də bu il ilk dəfə olaraq bu layihəyə qoşulacaq. Tədqiqatda muxtar respublikanın 12 təhsil müəssisəsindən 328 məktəblinin iştirakı nəzərdə tutulur.

Elxan Nəcəfov qeyd edib ki, şagirdlərin olimpiadalarda iştirakı onların imtahanlara daha yaxşı hazırlanması və motivasiyası baxımından böyük önəm kəsb edir. Buna görə də istedadlı şagirdlərin fənn olimpiadalarında iştirakına diqqət artırılıb. 2021-2023-cü illərdə keçirilən olimpiadalarda 10 min 34 şagird iştirak etmişdisə, 2023-2025-ci illərdə 45 min 331 məktəbli olimpiadalara cəlb olunub. Cari tədris ilində 18 şagird keçirilən müxtəlif olimpiadalarda yüksək nəticə göstərərək final mərhələsinə yüksəlib.

Təhsil naziri olimpiadalara hazırlığın daha mütəşəkkil təşkili məqsədilə atılacaq addımlar barədə də məlumat verərək bildirib ki, muxtar respublikada “Olimpiada Mərkəzi”nin yaradılması nəzərdə tutulur. Bu isə istedadlı gənclərin inkişafına böyük təkan verəcək, onların respublika və beynəlxalq səviyyədə uğurlarını daha da artıracaqdır.

Sonra Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin imkanları, eləcə də peşə liseyi ilə tanışlıq olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri