Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi doğum günü dekabr ayında olan şəhidlərin anım tədbirini təşkil edib. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əvvəlcə Heydər Əliyev Sarayının foyesində Birinci və İkinci Qarabağ müharibələrində Naxçıvanın şəhid olmuş qəhrəman övladlarının fotolarından hazırlanan guşəyə baxıb.

Dövlət və hökumət rəsmilərinin, şəhid ailələrinin, qazilərin, hərbçilərin, kursantların və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri anım tədbirində Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin və dekabrın 25-də baş vermiş təyyarə qəzasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək Azərbaycanın şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına hərtərəfli diqqət və qayğı göstərən nümunəvi ölkə olduğunu bildirib. Deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Naxçıvanda da şəhid ailələri, qazilər və veteranların sosial müdafiəsinə yönəlmiş tədbirlərin əhatə dairəsi ilbəil genişləndirilir. 2023-2024-cü illərdə Dəstək Fondunun xətti ilə 7 şəhid ailəsi və 19 qazi mənzillə, müharibə zamanı və hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlığını itirən 34 şəxs avtomobillə təmin olunub. Hazırda muxtar respublikada hər ay 509 şəhid ailəsi üzvünə Prezident təqaüdü, 181 qaziyə pensiya və 6178 veterana müavinət ödənilir. Ötən iki il ərzində ümumilikdə Dəstək Fondu tərəfindən 744-ü şəhid ailəsi, 297-si müharibə əlili və 79-u müharibə veteranı olmaqla, 1120 nəfərə 1 milyon 533 manatdan artıq vəsait ödənilib.

Fuad Nəcəfli diqqətə çatdırıb ki, şəhid ailələri və qazilərin sosial məişət şəraitinin yaxşılaşdırılması tədbirləri sırasında onların məşğulluq problemlərinin həlli də diqqət mərkəzindədir. Belə ki, 2024-cü ildə şəhid ailələrindən 12-si işlə, 8-i özünüməşğulluq proqramı qazilərdən 18-i işlə, 27-si özünüməşğulluq proqramı üzrə aktivlə, üzrə aktivlə, müharibə veteranlarından 52-si işlə, 23-ü isə özünüməşğulluq proqramı üzrə aktivlə təmin olunub.

Muxtar respublikada şəhid adlarının əbədiləşdirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu qeyd edən səlahiyyətli nümayəndə vurğulayıb ki, 2023-cü ildə Babək şəhərində Şəhidlər Memorial Abidə Kompleksi istifadəyə verilib. Hazırda Naxçıvan şəhərində, Şərur, Kəngərli, Sədərək, Şahbuz, Culfa və Ordubad rayonlarında bu istiqamətində işlər aparılır. Naxçıvanda şəhid ailələri və qazilərin cəmiyyətə inteqrasiyası istiqamətində də silsilə tədbirlər həyata keçirilir. Hazırda muxtar respublikada şəhid ailə üzvləri və qazilər seçkili orqanlarda təmsil olunur, müxtəlif idarə, müəssisə və təşkilatlarda çalışırlar. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının yerli və mərkəzi icra hakimiyyəti orqanlarında bu kateqoriyadan olan şəxslər işlə təmin edilib.

Fuad Nəcəfli “Şərq qapısı” qəzeti redaksiyası tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə nəşr olunmuş “100 ilin qəhrəmanları” ensiklopedik nəşrini şəhidlərin xatirəsinin və adlarının əbədiləşdirilməsi sahəsində görülən işlərə ən gözəl nümunə kimi dəyərləndirib.

Səlahiyyətli nümayəndə şəhid ailələri, qazilər və veteranlarla bağlı işlərin, həyata keçirilən birgə tədbir və layihələrin bundan sonra da davam etdiriləcəyini, şəhid adlarının hər zaman uca tutulacağını əminliklə ifadə edib.

Şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova çıxışında xalqımızın qəhrəman xalq olmasını qürur hissi ilə dilə gətirib. “Otuzillik həsrətə son qoyaraq torpaqlarımızı işğaldan azad edən vətən övladlarının timsalında bir daha əmin olduq ki, bu xalq bir şəhid verib, min qəhrəman yetirir”, - deyən S.Haşımova Naxçıvanın tarix boyu qəhrəman övladlar yetişdirən bir diyar olduğunu qeyd edib.

Anım tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova və şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov şəhid ailələri adından çıxış edərək bu il ərzində şəhidlərin doğum günü ilə bağlı keçirilən yekun tədbiri yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

Sonra Naxçıvan televiziyasının doğum günü dekabr ayında olan 31 şəhidimizlə bağlı hazırladığı videoçarx nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Azərbaycanın əməkdar artisti Fərqanə Qasımova şəhidlərimzə həsr olunmuş və vətənpərvərlik ruhunda mahnılar ifa edib, Naxçıvan Dövlət Universitetinin tələbələri və “Altai” teatrının kollektivi tərəfindən isə kompozisiya nümayiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Dekabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri