Icma.az
close
up
RU
Füzulidə şəhidlərin xatirəsi anılıb

Füzulidə şəhidlərin xatirəsi anılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Füzuli, 2 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

44 Günlük Zəfər yürüşü zamanı torpaqlarımızın azad edilməsi üçün silaha sarılaraq canlarını fəda edən şəhidlərimizdən olan Bəhruz İbrahimov və Qurbani Əlizadənin xatirəsi anılıb. Müqəddəs amal uğrunda şəhadətə ucalan hər iki şəhidin məzarı ziyarət olunub, onların şərəfli həyatından bir daha söhbət açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları iştirak ediblər.

İbrahimov Bəhruz Fazil oğlu 1983-ci il iyun 22-də Füzuli rayonunun Gövşadlı kəndində anadan olub. Erməni vəhşiliyi nəticəsində on yaşında ailəsi ilə birlikdə doğma ata yurdundan məcburi köçkün düşüb.

Bəhruz uzun illər doğma yurdlarına qayıdacaqları günü gözləyib və hərbçi olmağa hələ yeniyetmə çağlarından qərar verib. Həqiqi hərbi xidməti bitirdikdən sonra da Bəhruz müddətdən artıq hərbi xidmətçi kimi vətənin keşiyində dayanıb. Ömrünün 14 ilini vətənə xidmət edən Bəhruz peşəkar hərbçi idi. Sağlığında fəxri fərmanlarla və qüsursuz xidmətə görə bir neçə medalla təltif edilib. Bəhruzun ilk döyüş yolu Aprel zəfərindən başlayıb. Dörd günlük döyüşlərdə Bəhruz və yoldaşları Lələtəpə istiqamətində düşmən üzərində qələbə qazandılar. Vətən müharibəsində isə tankçı kimi döyüşlərə atılıb. Düşmənin Füzuli istiqamətində qurduğu maneələrin yarılmasında böyük şücaət göstərib. Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərə qatılıb, düşmənin xeyli texnika və canlı qüvvəsinin məhv edib. Sonuncu döyüşündə yaralı yoldaşlarına kömək etmək üçün tankın kabinəsindən çıxarkən snayperlə vurulub və şəhidlik zirvəsinə yüksəlib. Bəhruz İbrahimov ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşcü" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Əlizadə Qurbani Ziyafəddin oğlu 1992-ci il iyunun 11-də Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində dünyaya göz açıb. Hələ kiçik yaşlarından hərbçi olmaq istəyən Qurbani 2010-cu ilin iyul ayında həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yola düşüb. Nümunəvi əsgər olan Qurbani həqiqi hərbi xidmətini müvəffəqiyyətlə başa vurub. Qurbani 2015-ci ildə yenidən könüllü olaraq N saylı hərbi hissədə müddətdən artıq xidmət edən əsgər kimi vətənin keşiyində dayanıb. Hərbi hissənin rəhbərliyi tərəfindən nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərmanlarla təltif olunub.

2016-cı il Aprel döyüşlərində fəal iştirak edib və komandanlıq tərəfindən mükafatlandırılıb, daha sonra çavuş rütbəsinə layiq görülüb. Vətən müharibəsi başlandığı gündən Qurbani düşmən üzərinə hücuma keçən ilk döyüşçülərdən olub. Qurbani ön cəbhənin yarılmasında xüsusi şücaət göstərib və Füzuli rayonu ərazisində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Qurbani Əlizadə ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri