Icma.az
close
up
RU
Naxçıvanda “Səyahət edən namələr” beynəlxalq sərgisi açılıb AZƏRTAC

Naxçıvanda “Səyahət edən namələr” beynəlxalq sərgisi açılıb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 23 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Bəhruz Kəngərli adına Sərgi salonunda Naxçıvan Rəssamlar Birliyinin Rus Evi və İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə “Səyahət edən namələr” adlı beynəlxalq sərgisi açılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixdə "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması haqqında" imzaladığı Sərəncam müstəqil və qalib ölkəmizin müasir tarixində əhəmiyyətli hadisədir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq”.

Qeyd olunub ki, Prezidentin Sərəncamına əsasən ölkəmizin əksər regionlarında Naxçıvanın muxtariyyətinin 100 illiyi qeyd olunur. Rəssamlar Birliyi də artıq sayca 10-cu tədbiri keçirir. Bu sərgi də daxil olmaqla 3 beynəlxalq sərgi böyük maraq doğurub. Həmçinin, bu il "Yaşıl dünya naminə həmrəylik ili" də elan olunduğundan, bəzi sərgilər tematikaya uyğun keçirilir. Bu gün daha bir maraqlı və bu ilin sonuncu sərgisi "səyahət edən namələr" adlı gələcək nəsillərə mistik, şəkilli mesajlar sənətsevərlərə təqdim edilir. Namə – qədim məktubdur, içində keçmişdən gələcəyə ünvanlanmış sirlər, düşüncələr və mesajlar daşıyır. Dünya rəssamları və sənət adamları öz namələrini sülh, sevgi, əmin-amanlıq və dostluğun hökm sürdüyü təmiz, azad bir dünya üçün ünvanlamaq istəyirlər. Məqsəd – bu mesajları incəsənətin dili ilə dünyaya çatdırmaqdır.

Vurğulanıb ki, “səyahət edən namələr” beynəlxalq incəsənət layihəsinin Tatarıstandan olan rəssam və layihə kuratoru Alfiya İlyasova və Yakutiyadan olan rəssam Natalya Nikolayevnanın təşəbbüsü ilə həyata keçirilir. 2006-cıildə Moskva Millətlər Evində, III Etnik Festival çərçivəsində başlayan bu layihə bir yerdən digərinə köçərək müxtəlif xalqlar arasında mədəni körpülər yaradıb və hər yerdə yeni mənalar qazanıb.

Sonra Rus Evinin rəhbəri İrek Zinnurov, Azərbaycan Respublikası Milli Məclisin deputatı Səttar Möhbalıyev, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya, AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova maraqlı sərginin təşkilinə görə təşəkkür edib, rəssamlara yaradıcılıq yollarında uğurlar arzulayıblar.

Sonra sərgi iştirakçılkarına təşəkkürnamələr təqdim olunub. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbələri, Azərbaycan və Türkiyədən olan “Turan” vokal-instrumental ansamblının ifasında xalq mahnıları səslənib və sərgiyə baxış keçirilib.

Dekabrın 30-dək davam edəcək sərgidə 10 ölkədən 55 rəssamın əsərləri sərgilənir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri