Icma.az
close
up
RU
Naxçıvanda Beynəlxalq Tələbə Gənclər Həftəsi qeyd olunub AZƏRTAC

Naxçıvanda Beynəlxalq Tələbə Gənclər Həftəsi qeyd olunub AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 16 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 10-17 Noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı hazırladığı tədbirlər planı çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə “Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolu” mövzusunda müzakirə, “Vətəni tanı!”, “Nə? Harada? Nə zaman?” intellektual oyunları, ekoloji təmizlik askiyası, stolüstü tennis və badminton birincilikləri təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, noyabrın 16-sı Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı yekun tədbir keçirilib, yarışmalarda yer tutan gənclər mükafatlandırılıblar.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov qeyd edib ki, gənclərin şəxsi inkişafı, əqli və fiziki sağlamlıqlarının gücləndirilməsi, vətənpərvər ruhda formalaşması, bir sözlə, hərtərəfli inkişafına nail olmaq üçün davamlı olaraq müxtəlif konseptdə layihələr, tədbirlər keçirilir. Kursantların, əcnəbi tələbələrin bu tədbirlərdə fəallıq göstərməsi, fərqlənməsi Naxçıvanın müasir gənclik mühitinə əlavə dəyər qatır, canlanmaya səbəb olur.

Nazir müavini gələcək planlardan söz açıb, müxtəlif sahələrdə aktiv fəaliyyəti və uğurları ilə seçilən gənclərin il sonu mükafatlandırılacağını diqqətə çatdırıb.

Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov isə çıxışında qəhrəman Vətən övladlarının gənc nəslə miras buraxdığı vətənpərvərlik dəyərlərinin daim qorunacağına, qalib Azərbaycan gəncinin ölkəmizin bu günü və sabahı üçün daim irəlidə, maksimum səy və iradə ilə çalışacağına inamını ifadə edib.

Çıxışların ardınca Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə əlaqədar keçirilən yarışlarda yer tutan komandalar və iştirakçılar diplom, fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar. Mükafatları nazir müavini Məcid Seyidov və polkovnik-leytenant Yaşar Hüseynov təqdim ediblər.

Tədbir “Alabanda” qrupunun təqdimatında konsert proqramı ilə yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri