Icma.az
close
up
RU
Naxçıvanda su ehtiyatları sahəsində yaradılan Regional bölmənin təqdimatı olub

Naxçıvanda su ehtiyatları sahəsində yaradılan Regional bölmənin təqdimatı olub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan, 18 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsinin yaradılması ilə baglı təqdimat keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçirilən tədbirdə xidmət rəisinin müavini Tural Abbasov bölmənin vəzifələri, səlahiyyətləri və hüquqları barədə danışıb.

Təqdimat mərasimində Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun müvafiq əmrləri oxunub, yeni yaradılan qurumlara təyinatlar təqdim edilib.

Təqdimat mərasimində xidmətin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov suların istifadəsi və mühafizəsi sahəsində bölmənin qarşısında duran vəzifələr və digər orqanlardan alınmış səlahiyyətlər, Hüquq və insan resursları şöbəsinin müdir müavini Ruslan Salmanov suların istifadəsi və mühafizəsi sahəsində normativ-hüquqi aktlar, qanunvericiliyin praktik tətbiqi məsələləri barədə danışıblar.

14 saylı Naxçıvan Regional Bölməsinə yeni rəis təyin olunan Səttar Nəsirov bölmənin vəzifələri və qarşıda duran hədəflərindən, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin yerli bölməsinin yaradılmasının əhəmiyyətindən söz açıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Şövqü Əliyev yeni yaradılan qurumun muxtar respublika üçün perspektivlərindən danışıb, təyinat münasibətilə bütün kollektivi təbrik edib.

Xidmətin rəis müavini Tural Abbasov qeyd edib ki, Azərbaycanda Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin yaradılması bu sahədəki çətinliklərin aradan qaldırılması üçün şərait yaradacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri