Icma.az
close
up
RU
Naxçıvanda kitabların təqdimatı

Naxçıvanda kitabların təqdimatı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan MR Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.S.Ordubadi adına kitabxanada Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevanın "Ulu Öndərə mənəvi borcum", Vaqif Osmanlının "Ulu Öndərin" canlı əsəri" Tərlan", Güllü Eldar Tomarlının toplayıb tərtib etdiyi "Babamın papağı, nənəmin kəlağayı" kitablarının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tamella Əsgərova açdı və qonaqları salamladı. Tədbiri aparmaq üçün söz  Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlıya verildi. O, tədbir haqqında geniş məlumat verdi. 

Şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Sonra Güllü xanım Birliyin milli mənəvi dəyərlərə önəm verməsindən, onu nəinki Azərbaycanda, Rusiyada, Gürcüstanda təqdim edilməsindən, yeni çapdan çıxmış "Babamın papağa, nənəmin kəlağayı" kitabında toplanan şeir və nəsr nümunələrinin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolundan söhbət açdı.

Söz " Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabının müəllifi araşdırmaçı yazar, publisist  Vaqif Osmanlıya verildi. Vaqif Osmanlı qeyd etdi ki, tarix olduğu kimi yazılmalıdır.  

“Ulu Öndərin “canlı əsəri” Tərlan” kitabı tariximizə yeni yanaşma, Tərlan Musayevanın ömür və əmək yolunu, keçdiyi şərəfli yolun qürurverici məqamlarını özündə əks etdirir. Respublikamızda 70 illik yubileyi təntənə ilə qeyd edilən Tərlan Musayevanın şərəfli və çətin ömür yolunu özündə əks etdirən kitabı oxucular sevə- sevə oxuyacaq. Düşünürəm ki, zamanında yazılmış kitabdır.

“Ulu Öndərə mənəvi borcum” kitabının müəllifi, “Xalqlar dostluğu” ordenli Tərlan Musayeva uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin Azərbaycan xalqı üçün tükənməz bir miras olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olmasından, bu sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətdən və bu siyasəti uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin parlaq fəaliyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar Mədəniyyət işçisi, şair, yazıçı Asim Yadigar, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Sulfa rayonu, Kırma kənd Mədəniyyət Evinin direktoru Sona Əsgərova, şəhid bacısı, milli dəyərlərimizin təbliğatçısı, quramaçı Aybəniz Camalova,   şairə Sevinc Səbzəliyeva, Sona Teymurbəyli, şairlərdən - Əməkdar Mədəniyyət işçisi  Ümbulbanu Musayeva, Sədərək rayon MKS-nin direktoru Kəmalə Nəsrin, Sevda İbrahimli  kitablar haqqında öz təəssüratlarını bölüşüblər.

Sonra iştirakçılara kitablar təqdim edilib, Əmək qəhrəmanı Tərlan Musayevanın həyatına aid videoçarxa və  milli papaqlar, qədimi və kəlağayılar, quramalardan ibarət sərgiyə baxış olub.

Tədbirin davamı Culfa rayonu Mədəniyyət Sarayında keçiriləcək.

Tərlan Musayevanın 70 illik yubileyinə töhfə olan " Ulu Öndərin "canlı əsəri" "Tərlan", Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə töhfə olan "Ulu Öndərə mənəvi borcum" , milli mənəvi dəyərlərimizə bəhs edən "Babamın papağı, nənəmin kəlağayısı" kitablarının təqdimatı və təbliğatı ilboyu Azərbaycanımızın bölgələrində və respublikadan kənarda keçiriləcək.

Tədbirin sonunda təşkilatın sədri Güllü Eldar Tomarlı Naxçıvan MR Mədəniyyət Nazirliyinə, təşkilati dəstək üçün Fəxrəddin Mahmudova və zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 May 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see434

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see208

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see195

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see186

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see183

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see180

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see179

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see176

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri