Naxçıvanda təhsil müəssisələrində vakant olan psixoloq vəzifəsi üçün müsabiqə keçirilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvan, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan psixoloq vəzifələrinə işə qəbul müsabiqəsi üçün test imtahanı keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, test imtahanında 2025-ci il 10-31 oktyabr tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən 23 namizəd iştirak edib.
Test imtahanında hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilib.
Qeyd edək ki, imtahanın nəticələri ilə bağlı məlumat imtahan bitdikdən sonra dərhal yoxlanılaraq namizədə təqdim olunub. Test suallarının 60 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 13 Noyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















