Icma.az
close
up
RU
Naxçıvanda tibbi avadanlıqlarla bağlı təlimlərə start verilib

Naxçıvanda tibbi avadanlıqlarla bağlı təlimlərə start verilib

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvanda ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tibbi avadanlıqlarla bağlı təlimlərə start verilib.


Missiya.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na əsasən regionda səhiyyə sisteminin modernləşdirilməsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. 

Bu çərçivədə, Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində bir sıra strateji layihələr uğurla icra olunmuş, o cümlədən ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilib.

Proqramın hədəflərinə uyğun olaraq, regionlarda ilkin səhiyyə xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə 32 Ailə Sağlamlıq Mərkəzinin yaradılması, onların müasir tibbi avadanlıqlarla təchiz olunması istiqamətində məqsədyönlü tədbirlər görülüb. Mərkəzlərin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə genişmiqyaslı satınalmalar həyata keçirilmiş, xüsusilə ilkin diaqnostika və müayinələrin keyfiyyətini artırmaq üçün zəruri tibbi avadanlıqlar alınıb. 

Alınan tibbi avadanlıqlardan ultrasəs müayinə cihazlarının effektiv və düzgün istifadəsini təmin etmək məqsədilə Ailə Sağlamlıq Mərkəzlərində çalışan həkim və tibb heyəti üçün təlim təşkil edilib. Təlim “Medisoft” şirkətinin dəstəyi və Çindən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə həyata keçirilib. Proqram çərçivəsində müasir ultrasəs müayinə cihazlarının texniki xüsusiyyətləri, funksional imkanları və praktik tətbiqi barədə ətraflı məlumat verilib. 

Təlimin əsas məqsədi ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, diaqnostik imkanların genişləndirilməsi və səhiyyə işçilərinin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Qeyd edək ki, bu təlimlər, alınan digər avadanlıqların istifadə qaydalarının öyrədilməsi məqsədilə mərhələli şəkildə təşkil ediləcək.

Nurlana Əhmədova
Missiya.Az



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://missiya.az
archiveBu xəbər 14 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri