Icma.az
close
up
RU
Naxçıvanda vətəndaşların üzərinə traktor sürülüb? Rəsmi cavab

Naxçıvanda vətəndaşların üzərinə traktor sürülüb? Rəsmi cavab

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Naxçıvanın Babək rayonunun Payız kəndində içməli və suvarma suyunun olmaması narazılıqlara səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, kəndin bir qrup sakini bu məqsədlə aksiya keçirərək iki ildir kənddə içməli suyun olmadığını, suyu qonşu kəndlərdən əllə daşıdıqlarını bildiriblər. Bunun əkinçilik və maldarlığa ciddi ziyan vurduğunu qeyd ediblər. 

Vətəndaşlar Babək Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin müdiri Rüstəm Rüstəmova qarşı da ittihamlar səsləndiriblər. Sakinlərin iddiasına görə, şöbə müdiri onların qarşısını kəsmək üçün əraziyə traktorlar göndərib. 

Yaranmış problem və ittihamlarla əlaqədar Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, etiraz edənlərin qarşısına traktor çıxarılmayıb, sadəcə sakinlər orada olan traktorun qarşısını kəsiblər: “Məsələ araşdırılıb. Ərazidə texnikalarımız var idi, 2025-ci ilin sentyabr ayından orada iş gedirdi. Vətəndaşlar da texnikaların qarşısını kəsiblər. Həmin vaxt bizim əməkdaşımız da ərazidə olduğuna görə yanlış anlaşılma yaranıb”. 

İdarədən bildirilib ki, 2025-ci ildə Naxçıvan MR ərazisində müşahidə olunan quraq iqlim şəraiti nəticəsində su ehtiyatlarında ciddi azalma baş verib, bu da ümumilikdə içməli su təchizatında çətinliklər yaradıb: “Hazırda Babək rayonunun Payız kəndi ərazisində də mövcud su azlığı nəzərə alınaraq əhalinin içməli su ilə təmin olunması növbəli qrafik əsasında həyata keçirilir. Mövcud su ehtiyatlarının həcmi fasiləsiz, 24 saatlıq su təchizatını təmin etməyə imkan vermədiyindən su Payız kəndində hər məhəllə üçün gün ərzində 4 saat, Cəhri qəsəbəsi üçün üç gündən bir 4 saat müddətdə verilir. Məlumat üçün bildirək ki, təxminən 1000 nəfər sakini olan Payız kəndində və 10 500 nəfər əhalisi olan Cəhri qəsəbəsində mərkəzləşdirilmiş su şəbəkəsinin olmaması və mövcud suyun azlığı səbəbindən suyun fasiləsiz və geniş həcmdə paylanması texniki baxımdan mümkün deyil. 

Payız kənd sakinləri tərəfindən daxil olmuş müraciətdə suyun 24 saat ərzində fasiləsiz verilməsi, həmçinin kənd ərazisindən keçən su xətləri və kaptajlardan Cəhri qəsəbəsinə suyun yönləndirilməməsi ilə bağlı tələblər irəli sürülüb. Qeyd edirik ki, hazırkı şəraitdə mövcud su mənbələri üzrə aparılan bölgü yalnız əhalinin minimum tələbatının ödənilməsinə yönəlib və digər yaşayış məntəqələrinin su təchizatının məhdudlaşdırılması hazırda mümkün hesab edilmir”.

İdarədən, həmçinin qeyd olunub ki, ötən ilin sentyabr ayından başlayaraq su təminatını yaxşılaşdırmaq məqsədilə hər iki yaşayış məntəqəsinin su mənbəyi eyni olan Cəhriçayın üzərində yeni kaptajın tikintisi işləri aparılıb, mövcud kaptajlar təmir olunaraq su yığıcılıq qabiliyyəti artırılıb. Mövcud kaptajlardan yaşayış məntəqələrinə qədər olan su xəttində təmizləmə, istismar müddətini başa vuran boruların yenisi ilə əvəz edilməsi və ehtiyac olan hissələrində cari təmir-bərpa işləri görülüb: “Vətəndaşların suyun verildiyi kaptajlara və xətlərə özbaşına müdaxiləsi nəticəsində su şəbəkəsinə zərər dəyməsi halları müşahidə olunur. Xüsusilə qış fəslində kənd ərazilərində temperaturun aşağı düşməsi səbəbindən bu cür müdaxilələr su xətlərində donmaların baş verməsinə gətirib çıxarır. Qeyd olunan hallar tərəfimizdən daimi nəzarətdə saxlanılır və yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Bununla yanaşı, mövcud su qıtlığı şəraitində vətəndaşların su təchizatı ilə bağlı narazılıqlarına tez-tez rast gəlinir. Daxil olan şikayətlər tərəfimizdən araşdırılır, vətəndaşların müraciətlərinə yerində baxılır, məsələlərin imkan daxilində ən qısa müddətdə həll olunması təmin edilir və əhalinin minimum su tələbatının ödənilməsi əsas prioritet kimi diqqətdə saxlanılır”.

Rəsmi açıqlamada əlavə edilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad və Payız kəndlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinin qurulması ilə bağlı hazırda layihələndirmə işləri davam edir. Layihə-smeta sənədlərinə ekspertiza rəyi verildikdən sonra mövcud satınalma qaydalarına uyğun olaraq adıçəkilən kəndlərdə mərkəzləşdirilmiş şəbəkənin inşası üçün müvafiq işlər görüləcək. 

Gülnar Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri